PDF Oxu

Xəbərlər

  • 12

DSX-nin əməkdaşları çəkisi 1280 kq olan 4287 ədəd narkotik bitki olan xaş-xaş aşkarlayaraq məhv ediblər

DSX-nin əməkdaşları çəkisi 1280 kq olan 4287 ədəd narkotik bitki olan xaş-xaş aşkarlayaraq məhv ediblər
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən "Səs" qəzetinə verilən məlumata əsasən, "Narkomanlığa və narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında" Prezident İlham Əliyevin 26 avqust 1996-cı il tarixli Fərmanından və "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı və narkomanlıq ilə mübarizə haqqında" Dövlət Proqramından irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində Dövlət Sərhəd Xidməti məqsədyönlü fəaliyyət göstərir. Məlumatda bildirilir ki, ölkəmizin sərhədçiləri narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı qətiyyətlə mübarizə aparmaqla yanaşı, sərhədyanı rayonların ərazilərində bitmiş narkotik bitkilərin aşkar edilərək məhv olunması üçün də ciddi tədbirlər həyata keçirir.
Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən cari ilin iyul ayının 25-də Lerik rayonunun Mistan kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində 1,5 hektar sahədən ümumi çəkisi təxminən 1280 kiloqram olan 4287 ədəd narkotik xassəli xaş-xaş bitkisi kolları aşkar edilərək toplanılmış və Lerik rayon polis şöbəsi əməkdaşlarının, icra hakimiyyəti nümayəndələri və bələdiyyə üzvlərinin, ictimaiyyətin nümayəndələrinin iştirakı ilə yandırılaraq məhv edilmişdir.

Digər xəbərlər