PDF Oxu

Xəbərlər

  • 16

Milli qurtuluş şərəfli tariximizdir

Milli qurtuluş şərəfli tariximizdir
Dünən, Yeni Azərbaycan Partiyasının Nizami rayon təşkilatının qərargahında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışının növbəti ildönümü ilə bağlı tədbir keçirildi.
Tədbirdə giriş sözü ilə çıxış edən YAP Nizami rayon təşkilatının sədri Sadəqət Vəliyeva 1993-cü il və ondan əvvəlki illərə nəzər salaraq, xalqımızın düşdüyü ağır bəlalardan bəhs etdi. Təşkilat sədri qeyd etdi ki, 1990-cı ilin əvvələrində Azərbaycan xalqı özünün çətin və ağır məqamlarını yaşayırdı: "Dövlətimiz yox olmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Ölkədə hakimiyyətdə olan qüvvələrin səriştəsizliyi və kənardan edilən müdaxilələr vətənimizi çətin sınaqlar qarşısında qoymuşdu. Bütün bunlarla yanaşı, mənfur qonşularımız olan erməni qəsbkarları da torpaqlarımızı ardıcıl şəkildə işğal siyasətini davam etdirir, xalqımıza qarşı amansız qətliamlar həyata keçirirdi. Artıq xalqımızın səbr kasası dolmuşdu. Məhz belə bir məqamda həmişə öz müdrikliyi və xalqına qarşı dərin məhəbbəti ilə seçilmiş Heydər Əliyev Azərbaycan dövlətini və xalqını nicat yoluna çıxardı. Xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdan ümummilli liderimiz Heydər Əliyev dövlətimizi parçalanmadan və ümumilikdə yox olmaq təhlükəsindən xilas etdi. Öz müdrik əməlləri ilə daima Azərbaycan xalqının və dövlətinin keşiyində durmuş ulu öndər Heydər Əliyev bu dəfə də möhkəm iradə və düşünülmüş siyasət xətti yeridərək millətimizi bəlalardan qurtardı. Bu gün Azərbaycan dövləti və xalqı ulu öndərin müəyyənləşdirmiş olduğu siyasi Prezident İlham Əliyev davam etdirməkdədir".
Tədbirdə, həmçinin, çıxış edən Nizami rayon icra hakimiyyəti başçısının müavini Ərrəhman Həsənov da Azərbaycan xalqını iyirminci yüzilliyin sonunda böyük bəlalardan xilas edən ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə nəzər salaraq, bir çox məqamları tədbir iştirakçılarının diqqətinə çatdırdı. Qeyd etdi ki, yetişməkdə olan gənc nəsil bu tarixə xüsusi yanaşmalı və ulu öndər Heydər Əliyevin zəngin irsini mükəmməl mənimsəməlidir. Ulu öndərin Azərbaycan xalqı qarşısında əvəzsiz xidmətlərindən bəhs edən digər çıxışçılar da Milli Qurtuluş Gününün dövlətimizin şərəfli tarixi olduğunu söylədilər.

Digər xəbərlər