Akademik Arif Paşayev Beynəlxalq Mühəndislik Akademiyasının diplomu və böyük qızıl medalı ilə təltif olunub
Azərbaycan Mühəndislik Akademiyasından (AMA) bildirmişlər ki, AMA-nın vitse-prezidenti, Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev Beynəlxalq Mühəndislik Akademiyası Prezidentlər Şurasının qərarı ilə beynəlxalq mükafata layiq görülmüş, diplom və böyük qızıl medalla təltif olunub.
Akademik Arif Paşayev bu mötəbər beynəlxalq mükafata aviakosmik texnika və texnologiya sahəsində mühəndislik elminin inkişafında görkəmli xidmətlərinə görə layiq görülüb.
Eyni zamanda, akademik Arif Paşayev Beynəlxalq Mühəndislik Akademiyasının fəxri diplomu ilə də təltif olunub.