YAP Nərimanov rayon təşkilatının inzibati binası istifadəyə verilib
Mayın 10-da Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının yeni inzibati binasının açılış mərasimi keçirilib. Mərasimdə Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, sədr müavini Bahar Muradova, deputatlardan Eldar İbrahimov, Rəbiyyət Aslanova, Mixail Zabelin, Mirkazım Kazımlı, partiyanın rayon təşkilatının fəalları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan YAP Nərimanov rayon təşkilatının sədri Təhmiraz Tağıyev ölkəmizin aparıcı partiyası olan Yeni Azərbaycan Partiyasının böyük inkişaf yolu keçdiyini vurğulayıb. YAP rayon qərargahının ulu öndər Heydər Əliiyevin 86-cı ildönümündə ərəfəsində açılması təşkilatın üzvləri üçün böyük töhfə olduğunu qeyd edib. O bildirdi ki, binanın tikilməsində rayon rəhbərliyinin böyük xidməti olub. Bu gün cəmiyyətimizdə monolit birliyə malik olan YAP-ın sıraları genişlənməkdədir.
Tədbirdə çıxış edən edən YAP Nərimanov rayon təşkilatı idarə heyətinin üzvü, Azərbaycan Müəllimlər İnstitutunun rektoru Aqiyə Naxçıvanlı bildirib ki, bu gün partiyanın yaradıcısı ümummilli lider Heydər Əliyev siyasəti ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu uğurlu siyasətin məntiqi davamı olaraq, istər daxili, istərsə də xarici siyasətdə böyük nəticələr əldə olunub. O, hakim partiya olan YAP-ın ölkə həyatında oynadığı önəmli rolundan danışdı.
YAP Sədrinin müavini, İicra katibi, Milli Məclisin deputatı Əli Əhmədov çıxış edərək, partiyanın Nərimanov rayon təşkilatının kollektivini yeni inzibati binaya köçməsi münasibətilə təbrik edib. O bildirib ki, partiyanın rayon təşkilatları üçün yeni binaların tikilməsini partiyanın gücünün, möhkəmliyinin, sabitliyinin və birliyinin ifadəsidir. Bu binanın inşa edilməsi partiya üzvlərinin ümummilli lider Heydər Əliyev ideyalarına, onun yaratdığı partiyaya, bu gün partiyaya rəhbərlik edən Prezident İlham Əliyevə hörmət, məhəbbət və ehtiramın bariz nümunəsidir. Ə.Əhmədov vurğulayıb ki, yeni inzibati binanın istifadəyə verilməsi rayon təşkilatının fəaliyyətini daha da genişləndirəcək, qarşıda duran vəzifələrin uğurla yerinə yetirilməsinə öz töhfəsini verəcəkdir.
Ə.Əhmədov binanın tikilib istifadəyə verilməsində Nərimanov rayon təşkilatının fəaliyyətini xüsusi vurğulayıb. Onun sözlərinə görə, inşa olunan bu bina rayonda aparılan abadlıq işlərində önəmli yer tutsa da, bu görülən işlərin bir hissəsidir. Rayonda aparılan abadlıq işlərinə nəzər salan İcra katibi qeyd edib ki, bütün bunlar Azərbaycanda ulu öndər Heydər Əliyevin təntənəsidir. Bu ideyaların həyata keçirilməsi istiqamətində Prezident İlham Əliyevin yürütdüyü siyasətin uğurlarıdır. Nərimanov rayon təşkilatın yeni binasının istifadəyə verilməsi nəticəsində onun fəaliyyətinin daha da genişlənəcəyinə əminliyini bildirib.
Tədbirdə çıxış edən YAP Siyasi Şurasının üzvü, Nərimanov rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev bildirdi ki, partiyanın inzibatı binasının tikintisinin Heydər Əliyevin 86-cı ildönümünə təsadüf etdiyi xüsusi önəm təşkil edir. Bundan sonra da partiyannnı siyasi fəaliyyətinin daha da güclənəcəyini, və imkanlarının genişlənəcəyini qeyd edib.
Sonra Əli Əhmədov binanı inşa etmiş şirkətin rəhbərinə partiyanın simvolu olan "Heydər Əliyev" nişanını təqdim edib.
Rəmzi qırmızı lent kəsildikdən sonra qərargahın foyesində ümummilli lider Heydər Əliyevin büstünün açılışı olub, büstün önünə gül dəstələri qoyulub.
Daha sonra mərasim iştirakçıları ikimərtəbəli binanın müasir avadanlıqla təchiz olunmuş iş otaqlarına baxmış, buradakı şəraitlə tanış olub.
Sonda yeni binanın həyətində ağaclar əkilmişdir.