PDF Oxu

Xəbərlər

  • 19

Azərbaycanın beynəlxalq əlaqələri inkişaf edir

Azərbaycanın beynəlxalq əlaqələri inkişaf edir

Məlum olduğu kimi, Praqada Azərbaycan-Ermənistan prezidentlərinin görüşü nəzərdə tutulub. Bəs görəsən, bu görüşün baş tutması Azərbaycan üçün hansı nəticələri verəcək və görüş Dağlıq Qarabağ məsələsinin həlli istiqamətində hansı bir irəliləyişlərə səbəb olacaq? Bu və digər suallarımızı müsahiblərimiz cavablandırıb.

Aydın Mirzəzadə, millət vəkili:

-Hər halda bu görüşə ciddi hazırlıq getdiyi hiss olunur. Cənab Prezidentimiz dəfələrlə görüş xatirinə görüş keçirmək istəmədiyini bildirib. ATƏT-in Minsk Qrupunun həmsədrlərinin son dövrdə regiona, o cümlədən, Bakıya dəfələrlə səfər etdiyini nəzərə alaraq, müəyyən etmək olar ki, Praqa görüşü ciddi şəkildə hazırlanıb. Mən ümid edirəm ki, bu görüş irəliyə doğru ciddi addımın atılmasına imkan verəcək. Çünki artıq iyun ayında Sankt-Peterburqda prezidentlərin görüşü barəsində söhbət gedir. Türkiyənin xarici işlər naziri Əli Babacan da artıq hər həftə Dağlıq Qarabağ probleminin həlli üzrə konfransın keçiriləcəyi barədə məlumat verib. Bu cür görüşlərin keçirilməsi, müzakirələrin aparılması yaxşı haldır. Çünki istənilən variantda ən pis görüş belə ən yaxşı döyüşdən yaxşıdır. Həmçinin, ölkə Prezdenti İlham Əliyevin dəfələrlə Azərbaycanın ərazi bütövlüyü məsələsində heç zaman güzəştə getməyəcəyi barəsində dediyi fikirləri nəzərə alaraq, bu görüşlərdə məhz Azərbaycan tərəfin ədalətli pirinsiplərə üstünlük verəcəyi qənaətinə gəlmək olar.

Cümşüd Nuriyev, politoloq:

-Mənim fikrimcə, növbəti görüş daha çox Azərbaycanın xeyrinə olan bir görüşdür. Azərbaycan Prezidenti İlham Əliyevin son bir ayda atdığı siyasi addımlar, Azərbaycanın Qarabağla bağlı mövqeyini kifayət qədər gücləndirib. Baxmayaraq ki, dünyanın əksər ölkələri ABŞ prezidenti görüşü ilə özünə şərəf bildiyi bir halda, aprelin 2-də Azərbaycan Prezdenti İstanbulda keçirilən Mədəniyyətlərarası Dialoq Forumuna getməkdən imtina edib. Çünki Ermənistan-Türkiyə sərhədlərinin açılması ilə bağlı məsələ gündəmə gəldiyinə görə, bir növ o, mesaj verib. Sonradan NABUCCO lahiyəsi ilə bağlı Bolqarıstanda keçirilən görüşdən imtina edib. Hələ bu azmış kimi Azərbaycan dövləti növbəti addımını atıb, nəticədə Azərbaycan-Rusiya münasibətləri də yeni müsbət bir istiqamət götürüb. Bu istiqamət daha çox Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasına xidmət edən bir amildir. Həm Türkiyəyə, həm də Qərb dövlətlərinə, o cümlədən, Azərbaycanı bir növ kiçik görmək istəyən dövlət başçılarına çox ciddi bir mesajdır. Yəni, birdən-birə Prezident İlham Əliyev dünyada öz iradəsini ortaya qoyan bir şəxsiyyət kimi özünü göstərdi. Azərbaycanın kiçik dövlət olmağına baxmayaraq, Prezidentimiz bu dövləti böyütdü. Həm dövlətlərin gözündə, həm də xalqların gözündə. Yəni, bir növ Azərbaycanın qüdrətli bir dövlət olduğunu ortaya qoymağa bacardı və Azərbaycanla hesablaşan dövlətlərin sayı istər-istəməz çoxaldı. Buna konkret misal olaraq, 3 gün öncə Brüsseldə keçirilən X.M.Barossonun görüşlərini göstərmək olar. Prezidentin orada Azərbaycan dövlətinin maraqlarını həddən artıq öndə saxlaması Barossonun da gözündən qaçmadı. Dünya mediasında, bütün əsas başlıqlarda, manşetlərdə ölkə başçısının Azərbaycanın ərazi bütövlüyü və Azərbaycan xalqının iradəsini ortaya qoyması qeyd edildi. Azərbaycanın kütləvi informasiya vasitələri və bütün telekanalları istər müxalifət, istər qeyri-müxalifət, fərqi yoxdur. Xalq Qarabağ məsələsinin həllində və Azərbaycan dövlətinin maraqlarını gündəmə gətirən cənab İlham Əliyevin arxasında dururlar və duracaqlar da. Çünki Azərbaycan artıq öz ərazi bütövlüyünü bərpa etməyə iqtisadi, siyasi və mənəvi cəhətdən hazırdır. Məsələnin hərbi cəhətən həlinə də biz çoxdan hazırıq. Amma dünyada bir informasiya blakadası var ki, bizə qarşı bir növ yuxarıdan aşağı baxanlar çoxdur. Amma Azərbaycan Prezidentinin atdığı addımlar birmənalı şəkildə həmin mövqeyi dağıltdı. Azərbaycan Prezidenti Xocalı soyqırımını nəinki gündəmə gətirməyi bacardı, hətta bütün dünya mediası manşetə çıxartdı, yəni bu yöndə fəaliyyət artıq öz bəhrəsini verməyə başlayıb.

Digər xəbərlər