PDF Oxu

Xəbərlər

  • 10

YAP Gənclər Birliyinin tədbirlər planı davam edir

YAP Gənclər Birliyinin tədbirlər planı davam edir
Respublikamızın bütün regionlarında ulu öndərimiz Heydər Əliyevin doğum gününün 86-cı ildönümü ilə bağlı müxtəlif tədbirlər, idman yarışları, şagirdlər arasında müsabiqələr, iməciliklər keçirilir. Dünən YAP Nizami rayon təşkilatını təşkilatçılığı ilə "Sabaha inamla" adlı rayon ərazisində yaşayan ahıl və kimsəsizlərə diqqət, qayğı məqsədilə xeyriyyə aksiyası keçirilib. Aksiyada rayon təşkilatını fəalları, YAP Nizami rayon təşkilatının gənclər birliyinin fəal üzvləri iştirak edib. Tənha və kimsəsiz qocalara rayon təşkilatı tərəfindən ərzaq məhsulları və digər sovqatlar aparılıb. Rayon gənclər birliyinin üzvlərindən yaradılmış qruplar gün ərzində tənha qocaların evlərində olmuş, orada təmizlik və səliqə-sahman işləri aparmışlar. Evlərdə təşkil olunmuş görüş zamanı rayon təşkilatının rəhbərliyi əhalinin problemləri ilə maraqlanmış, onları narahat edən məsələlər yerindəcə araşdırılaraq, müəyyən köməklik tədbirlərinin görülməsi nəzərdə tutulmuşdur.
YAP Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyeva Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin belə bir aksiya ilə çıxış etməsini hər bir azərbaycanlını ümdə borcu olduğunu bildirib: "Çünki Heydər Əliyev adı ilə bağlı olan və Heydər Əliyevi xarakterizə edən və Heydər Əliyevi bir şəxsiyyət kimi Azərbaycan ictimaiyyətinə, dünya ictimaiyyətinə tanıda biləcək proseslərdə və yer alan hər hansı bir layihələrdə Yeni Azərbaycan Partiyasının üzvlərinin, o cümlədən, gənclər birliyinin üzərinə böyük məsuliyyət qoyur. Məhz buna görə də, belə bir layihənin həyata keçirilməsində böyük səy göstərmək hər birimizin ümdə borcudur. "Gücdən güc doğar" nəzəriyyəsini əsas tutaraq belə layihələr effektli və gözəl nəticələnəcək".

Digər xəbərlər