PDF Oxu

Xəbərlər

  • 12

“Sabaha inamla” adı altında silsilə tədbirlər davam edir

“Sabaha inamla” adı altında silsilə tədbirlər davam edir
YAP Gənclər Birliyinin tədbirlər planına uyğun olaraq, ümummilli lider Heydər Əliyevin doğum gününün 86-cı ildönümünə həsr olunmuş "Sabaha inamla" adı altında silsilə tədbirlər davam edir. Dünən YAP Qaradağ rayon təşkilatı, gənclər birliyinin ahıllara və kimsəsizlərə qayğı göstərmək məqsədilə rayon ərazisində yaşayan bu cür ailələrlə görüş keçirdi.
YAP Qaradağ rayon təşkilatı gənclər birliyinin sədri Əlzamin Məmmədov çıxışında bildirdi ki, Azərbaycanda ahıllara və kimsəsizlərə qayğının hələ ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründən göstərdiyini qeyd etdi. O, bildirdi ki, bu gün göstərilən qayğı ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən davam etirilir: "Gənclərimiz də digər sahələrdə olduğu kimi, bu sahədə də, ahıllara və kimsəsizlərə ictimai qayğının göstərilməsində cənab Prezidentin ətrafında sıx birlik nümayiş etdirirlər. YAP Qaradağ gənclər birliyinin tədbirlər planına uyğun olaraq, ümummilli lider Heydər Əliyevin doğum gününün 86-cı ildönümünə həsr olunmuş "Sabaha inamla" devizi altında keçirilən silsilə tədbirlər də bunu təsdiq edir".
Tədbirdə iştirak edən YAP Qaradağ rayon təşkilatının gənclər birliyinin fəalları bu kimi tədbirlərin mütəmadi keçirilməsinin vacibliyini bildirdilər.
YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov qarşıdan Yeni Azərbaycan Partiyasının yardıcısı, ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 86-cı ildönümünün yaxınlaşdığını qeyd etdi. Bununla bağlı geniş tədbirlər planının hazırlandığını deyən A.Hüseynov ulu öndərin elmi-nəzəri irsinin təbliğatı ilə əlaqədar qadınlar şurası, gənclər birliyi ərazi ilk partiya təşkilatlarında, həmçinin, rayon şurası icra hakimiyyəti ilə birlikdə tədbirlər həyata keçirəcək.
O, qeyd etdi ki, müstəqil Azərbaycanın memarı olan Heydər Əliyevin davamçıları olmaqla qürur hissi keçirən gənclərimiz, Azərbaycanın çiçəklənməsi istiqamətində ulu öndərin layiqli davamçısı, ölkəmizin Prezidenti İlham Əliyev cənablarının apardığı daxili və xarici siyasəti dəstəkləyirlər.

Digər xəbərlər