PDF Oxu

Xəbərlər

  • 4

Mayns Universitetinin türkologiya institutunda “Azərbaycan dili və mədəniyyəti” mərkəzi yaradılacaq

Mayns Universitetinin türkologiya institutunda “Azərbaycan dili və mədəniyyəti” mərkəzi yaradılacaq
Görkəmli yazıçı Bakı Slavyan Universitetinin rektoru, AMEA-nın müxbir üzvü prof Kamal Abdullayev Almaniyanın nüfuzlu Mayns Universitetinin dəvəti ilə bu ölkədə səfərdə olmuşdur. Onun sözügedən universitetin tələbə və müəllimləri qarşısında oxuduğu birinci mühazirə Azərbaycan mədəniyyətinin tarixi və bu günü haqqında olmuşdur. İkinci mühazirəsində isə Kamal Abdullayev "Kitabi-Dədə Qorqud"la yunan mifologiyasının müqayisəli təhlilini aparmış, "Dədə Qorqud" və almanların "Nibelunqlar haqqında nəğmə" dastanları arasında paralellərdən danışmış, dinləyicilərin çoxsaylı suallarını cavablandırmışdır.
Xatırladaq ki, hələ 2007-ci ilin oktyabrında prof Kamal Abdullayevin təşəbbüsü ilə Bakıda Slavyan Universiteti və Mayns Universiteti arasında "Dədə Qorqud" və "Nibelunqlar" dastanlarının müqayisəli öyrənilməsi haqqında 5 illik proyekt imzalanmışdı.
Səfər zamanı Kamal Abdullayevlə Mayns Universiteti rəhbərliyi arasında bu proyektin reallaşması istiqamətində atılacaq addımlar müzakirə edilmişdir.
Bundan başqa iki ali məktəb arasında müəllimlərin mübadiləsini həyata keçirmək barədə razılığa gəlinmişdir. Bu razılaşmaya əsasən, Mayns Universitetinin müəllimləri Bakı Slavyan Universitetinin tələbələrinə alman dilini, BSU müəllimləri isə alman tələbələrə Azərbaycan dilini öyrədəcəklər. Volkenşteyn cəmiyyətinin sədri, prof Z.Hartman və Mayns Universitetinin Türkologiya İnstitutunun müdiri, prof H.Bushotenlə aparılan danışıqlarda, Mayns Universitetinin türkologiya institutunda "Azərbaycan dili və mədəniyyəti" mərkəzinin yaradılması da qərara alınmışdır. Bakı Slavyan Universitetinin təşəbbüsü və bilavasitə iştirakı ilə belə bir mərkəz, artıq Moskva Dövlət Linqvistik Universitetində fəaliyyət göstərməkdədir.

Digər xəbərlər