Möhtəşəmliyi və mütəşəkkilliyi ilə seçilən partiya
Ötən gün Bərdə şəhərində Yeni Azərbaycan Partiyası rayon təşkilatının yaradılmasının 16 illiyi münasibətilə yığıncaq keçirildi. Yığıncaq iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin şəhərin mərkəzi meydanındakı abidəsi önünə çiçək dəstələri düzərək, xatirəsini ehtiramla yad edilər.
Sonra tədbir YAP Bərdə rayon təşkilatının akt zalında davam etdirildi. Tədbiri giriş sözü ilə Bərdə rayon təşkilatının sədri Emil Calalov açaraq YAP-ın yaranma tarixindən, keçdiyi inkişaf yolundan bəhs etdi. O, vurğuladı ki, bu günün uğurları ulu öndər Heydər Əliyevin "YAP dünənin, bu günün, gələcəyin partiyasıdır" fikrinin həqiqət olduğunu təsdiqləyir. E.Cəlalov partiyanın sıralarının kəmiyyət və keyfiyyət baxımından təkmilləşdirilməsini Heydər Əliyev ideyalarına sədaqətin, həyata keçirilən siyasətin gələcəyinə inamın bariz nümunəsi kimi qeyd etdi: "Bizim partiyamız ölkəmizin aparıcı siyasi qüvvəsidir. ... Bu, nəinki Azərbaycanda, eyni zamanda, bölgədə çox böyük siyasi qüvvədir. Partiyamızın bütün proseslərə təsir imkanları çox genişdir və bu imkanlar getdikcə daha da artır".
Prezident İlham Əliyevin bu fikirlərini önə çəkən E.Cəlalov, qeyd etdi ki, ölkənin ictimai-siyasi həyatında fəal rol oynayan Yeni Azərbaycan Partiy asının ölkəmizdə keçirilən bütün seçkilərdən uğurla çıxmasının şərtləndirən ən başlıca amillərdən biri də, onun ümumxalq artiyası olmasıdır. YAP yarandığı gündən fəaliyyətini Azərbaycan dövlətinin möhkəmlənməsinə, çiçəklənməsinə, daha da qüdrətlənməsinə yönəltdi.
Çıxışda o da bildirildi ki, YAP gəncləşən partiyadır. Partiyanın sıralarında birləşən 500 mindən artıq üzvün 200 mini gənclərdir. Azərbaycan gəncləri dövlətin həyata keçirdiyi siyasəti dəstəkləyir, cənab İlham Əliyevin ətrafında sıx birləşir.
E.Cəlalov YAP Bərdə Xətai rayon təşkilatının 1993-cü il martın 13-də təsis edildiyini bildirərək, ötən bu illər ərzində təşkilatın sıralarının kəmiyyət və keyfiyyət baxımından möhkəmləndiyini vurğuladı: "Bərdə rayon təşkilatının 7 min 500-ə yaxın Vətənini sevən, ulu öndər Heydər Əliyev ideyalarına sadiq üzvü vardır. Onlardan 2 min 63-ü qadın, 2243-ü gəncdir. YAP-nın çox qısa zamanda ümumxalq partiyasına çevrilməsi, sıralarının günbəgün artması onu sübut edir ki, xalqın Yeni Azərbaycan Partiyasına böyük inamı var".
Tədbirdə YAP Bərdə rayon təşkilatının İdarə Heyətinin üzvü, rayon rəhbəri İlham Ağayev, 16 il tarix baxımından o qədər böyük dövr olmadığını dedi və bildirdi ki, bu illərdə ölkəmiz çox mühüm uğurlara imza atib.
Görüşdə YAP Bərdə rayon təşkilatının Gənclər Birliyinin sədri Samir Həsənov ulu öndər Heydər Əliyevin "Gələcəyimiz gənclərə məxsusdur" fikrini qeyd edərək bildirdi ki, bu gün dövlətin gənclərə diqqət və qayğısı daha böyükdür. S.Həsənov, həmçinin, onu da bildirdi ki, bu işlərin əsası hələ ümummilli lider Heydər Əliyevin Azərbaycana hakimiyyətinin birinci dövründə qoyulub. Belə ki, yüzlərlə Azərbaycan gənci keçmiş ittifaqın nüfuzlu ali məktəblərinə təhsil almağa göndərilirdi. Gənclərin hərbi təhsili də daim diqqət mərkəzində olub. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra gənclər siyasəti dövlətin həyata keçirdiyi siyasətin əsas tərkib hissəsi oldu. Bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 2007-ci ilin "Gənclər ili" elan edilməsi də bu diqqətin bariz nümunələrindəndir.
Tədbirdə YAP Bərdə rayon təşkilatının Qadınlar Şurasının sədri Aygün Nuriyeva YAP-ın yaranma tarixindən, həmin dövrə qədər ölkəmizin yaşanılan durumundan və 1993-cü ildən bəri ölkəmizin bu və ya digər sahələrdə qazandığı uğurlardan danışdı. Bu fikir xüsusi olaraq qeyd etdi ki, regionda və dünyada birinciliyi ələ alan Azərbaycanın adı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır: "Ümummilli lider müasir Azərbaycanın yaradıcısı, qurucusudur" fikri reallığa söykənir. Hakim partiyanın adındakı "Yeni Azərbaycan" sözü də bunun təsdiqidir. "Yeni, müasir Azərbaycan uğrunda!" fikri hakim partiyanın şüarıdır.
A.Nuriyev ötən prezident seçkilərinə diqqəti yönəldərək bildirdi ki, cənab İlham Əliyevin bu seçkilərdə qələbəsi xalqın istəyinin məntiqi nəticəsi idi. Çünki xalq ölkədə aparılan böyük uğurlu inkişafın şahididir. Belə ki, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramından irəli gələn vəzifələrin yüksək səviyyədə yerinə yetirilməsi nəticəsində 610 mindən artıq yeni iş yeri yaradılıb, yoxsulluq həddi 16 faizə enib. Yeni məktəblər, səhiyyə ocaqları tikilir, infrastruktur yeniləşdirilir. Dövlətin həyata keçirdiyi iqtisadi siyasətin əsasında əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması dayanır. İqtisadi uğurlar, ölkə əhalisinin Prezidentinə etimadı xalq-iqtidar birliyini daha da möhkəmləndirir.
Qeyd edək ki, YAP Bərdə rayon təşkilatının yaradılmasının 16 illiyi münasibətilə yeni qəbul olunmuş gənclərə üzvlük vəsiqələri təqdim edildi. Həmçinin, şəhər məktəbləri arasında keçirilən bədii yaradıcılıq müsabiqəsinin və intellektual oyunların qaliblərinə, respublika yarışlarında fərqlənən idmançılara hədiyyələr də verildi. Tədbirin sonunda bədii yaradıcılıq müsabiqəsində fərqlənən 2 saylı orta məktəbin şagirdləri tərəfindən hazırlanmış səhnəcik göstərildi.
Sonda tədbir iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olundu.