PDF Oxu

Xəbərlər

  • 13

Demokratik dəyərlərə böyük töhfə

Demokratik dəyərlərə böyük töhfə
"Yeni Azərbaycan" referendum üzrə Təşviqat Qrupunun Daşkəsən rayon Zəylik kəndində 18 mart Referendum Aktı ilə bağlı seçicilərlə növbəti görüşü keçirilib.
Yeni Azərbaycan Partiyasının Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyev rayonun Zəylik kəndində seçicilərlə görüşdə qeyd etdi ki, bu gün ölkəmiz nəinki regionda və beynəlxalq arenda özünün mövcud imkanlarına, yürütdüyü düzgün, tarazlı siyasətə görə sayılıb-seçilən dövlətlərdən birinə çevrilib. O, qeyd etdi ki, 1995-ci ildə ölkə Konstitusiyasının qəbulundan sonra 2002-ci il avqustun 24-də, ilk dəfə olaraq, müəyyən dəyişikliklər edildi. Bu dəfə isə həmin vaxtdan bu günə qədər keçən müddət ərzində ölkəmizin əldə etmiş olduğu daxili və xarici nailiyyətlərin hesabına cəmiyyətimizin daha mütərəqqi ideyalarla yükləndiyini qeyd edən təşkilat sədri Konstitusiyanın 29 maddəsində nəzərdə tutulan 41 dəyişikliyin böyük əksəriyyətinin insan hüquq və azadlıqları ilə bağlı olduğunu söylədi. Qeyd etdi ki, hər bir səsvermə hüququna malik olan vətəndaşımızın bu hüquqdan layiqincə istifadə etməsi daha təqdirəlayiqdir. Cəmiyyətin inkişaf mərhələsində bir sıra zəruri prinsiplərin meydana çıxdığını söyləyən rayon təşkilat sədri ölkədə vətəndaş cəmiyyəti quruculuğu istiqamətində aparılan uğurlu işlərə Konstitusiyaya ediləcək dəyişikliklərin daha böyük töhfə verəcəyini bildirdi.
Rayon təşkilatının nümayəndələri də seçicilərlə keçirilmiş görüşlərin mahiyyət və kəmiyyət etibarı ilə referendumda səsverməyə çıxarılacaq maddələrin hər biri barəsində daha ətraflı məlumat alınması baxımından mühüm olduğunu və səsvermədə iştirakın vacibliyini bildirdilər. Öz növbəsində, Daşkəsən rayon seçiciləri martın 18-də keçiriləcək seçkidə, həmişə olduğu kimi, böyük aktivlik nümayiş etdirəcəklərini bildirdilər.

Digər xəbərlər