PDF Oxu

Xəbərlər

  • 10

“Yeni Azərbaycan”ın “Güclü dövlət naminə” təşviqat kampaniyası - 11 mart

“Yeni Azərbaycan”ın “Güclü dövlət naminə” təşviqat kampaniyası - 11 mart
Azərbaycan Respublikasının Konstitusiyasına təklif olunan əlavə və dəyişikliklərlə bağlı ümumxalq səsverməsinin təşviqat kampaniyası çərçivəsində, martın 11-də "Yeni Azərbaycan" Təşviqat Qrupunun səlahiyyətli nümayəndələrinin və vəkillərinin iştirakı ilə paytaxt Bakıda və ölkənin bütün bölgələrində silsilə görüşlər keçirilmişdir.
"Güclü dövlət naminə" təşviqat kampaniyası çərçivəsində Bakının Nərimanov, Səbail, Suraxanı, Nəsimi, Yasamal, Nizami, Xətai rayonlarında, Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsində, Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində, Qaradağ rayonunun Qobustan qəsəbəsində, Xırdalan şəhərində, Sumqayıt şəhərinin 30-cu məhəllə yaşayış massivində, Lənkəran rayonunun Siyavar, Şilavar, Rvo kəndlərində, Masallı rayonunun Köhnəalvadı, Təklə, Xıl kəndlərində, Sabirabad şəhərində və rayonun Cavadkənd, Bulaqlı kəndlərində, Beyləqan şəhərində və rayonun Yeni Xocavənd, Yeni Türk, Şərq qəsəbələrində, Salyan rayonunun Qaraçala qəsəbəsində və Çuxanlı P.Xələc, Xələc kəndlərində, Oğuz rayonunun Sincan, Xaçmaz kəndlərində, Qax rayonunun Qaşqaçay, Əmbərçay, Zərnə, Güllük, kəndlərində, Şəki rayonunun Daşüz, Cəfərabad, Suçma, Şəki kəndlərində, Balakən rayonunun Meşəşambul, Qaysa kəndlərində, Zaqatala şəhərində və rayonun Mosul kəndində, Siyəzən şəhərində və rayonun Dağquşçu kəndində, Xaçmaz rayonunun Nabran, Dədəli, Nərəcan, Qusarçay kəndlərində, Ağsu rayonunun Növcü, Çiyni kəndlərində, İsmayıllı rayonunun Qalacıq, Qurbanəfəndi kəndlərində, Şamaxı şəhərində, Göyçay rayonunun Çaxırlı, Yalman kəndlərində, Ağdaş şəhərində və rayonun Orta Ləki kəndində, Kürdəmir rayonunun Qarabucaq qəsəbəsində və Cəyli, Qarasaqqal, Çöhranlı kəndlərində, Gəncə şəhərində, Daşkəsən rayonunun Qabaqtəpə, Qaraqollar, Alaxançallı kəndlərində, Şəmkir rayonunun Bayramlı, Düyərli, Keçilli kəndlərində, Ağstafa rayonunun Eynallı, Göycəli, Tatlı, Xətai, Muğanlı, Sadıxlı kəndlərində, Bərdə rayonunun Əyricə, Qaradəmirçi, Şatırlı, Hacalı kəndlərində, Yevlax şəhərində və rayonun Xaldan, Xanabad kəndlərində, Mingəçevir şəhərinldə, Tərtər rayonunun Səhləbad, Düyərli, Xoruzlu kəndlərində, Goranboy rayonunun Alamaloğlu, Xoylu, Xınalı kəndlərində, Ağcabədi rayonunun Xocavənd, Kəhrizli, Bayat kəndlərində seçicilərlə görüşlər keçirilmişdir.
"Yeni Azərbaycan" referendum üzrə Təşviqat Qrupunun səlahiyyətli nümayəndələrindən, YAP İcra katibinin müavini Mübariz Qurbanlı, YAP İdarə Heyətinin üzvlərindən MM-in deputatı Mixail Zabelin, Kərim Kərimov, MM-in komissiya sədrlərindən Eldar İbrahimov və Hadı Rəcəbli, MM-in deputatlarından Mirkazım Kazımov, Nizami İsgəndərov, İmamverdi İsmayılov, Məlahət İbrahimqızı, Əhməd Vəliyev, Əkrəm Abdullayev, Azər Kərimli, Hüseynbala Mirələmov, Tahir Süleymanov, Musa Quliyev, Çingiz Əsədullayev, İlham Məmmədov, YAP GB-nın sədri Ramil Həsənov, əməkdar artist, bəstəkar Gövhər Həsənzadə, təşviqat qrupunun vəkillərindən YAP İdarə Heyətinin üzvlərindən Zahid Qaralov, Şahlar Əsgərov, YAP İdarə Heyətinin üzvlərindən MM-in deputatları Arif Rəhimzadə, Abel Məhərrəmov və Nizami Xudiyev, MM-in komissiya sədri Şəmsəddin Hacıyev, MM-in deputatlarından Fəttah Heydərov, Yaqub Mahmudov, Eldar Quliyev, Əhəd Abıyev, Asəf Hacıyev, xalq şairi Zəlimxan Yaqub, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Azərbaycan Müəllimlər İnstitutunun rektoru Aqiyə Naxçıvanlı, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Yusif Məmmədov və b.-ı keçirilən görüşlərdə iştirak etmişlər.
Azərbaycan Respublikasının Konstitusiyasının 29 maddəsinə 41 əlavə və dəyişiklik təklif olunur. Bunların bir neçəsi texniki xarakterlidir və böyük əksəriyyəti ictimai tənzimləmə sferasını əhatə edir. Bu əlavə və təkliflər insanların hüquq və azadlıqları sisteminin daha səmərəli və etibarlı şəkildə qorunması, ana qanunun əsaslarının möhkəmləndirilməsi ilə və digər prinsiplərlə əlaqədardır.
Çıxışlarda Azərbaycan Konstitusiyasının 101-ci maddəsinin 5-ci bəndi ilə əlaqədar təklif olunan məsələ də geniş müzakirə mövzusu olmuşdur. Qeyd olunmuşdur ki, həmin təklifin mahiyyəti Azərbaycanda bir şəxsin iki dəfədən artıq prezident seçilməsinə qoyulan məhdudiyyətin aradan qaldırılmasından ibarətdir. Bu təklifin meydana gəlməsi və təşəbbüsün irəli sürülməsi birmənalı şəkildə ölkə vətəndaşlarının seçim imkanlarının genişləndirilməsi və seçicilərin seçmək hüququnun məhdudlaşdırılmasının aradan qaldırması ilə əlaqədardır.
Çıxışlarda birmənalı surətdə qeyd olunmuşdur ki, Azərbaycanın müstəqillik tarixi belə bir həqiqəti ortaya qoymuşdur ki, ölkəmizin inkişafına, dövlət maraqlarının ən səmərəli və etibarlı şəkildə qorunmasında şəxsiyyət amili qarşılıqsız rol oynamışdır. Belə ki, liderə ictimai inamın və etibarın yüksək olması, ölkənin inkişaf etməsi üçün qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi, bütövlükdə milli maraqların təmin edilməsi istiqamətində ən etibarlı və vacib şərtlərdən biridir. Azərbaycanın müstəqillik tarixi birmənalı şəkildə göstərir ki, lider o şəxs ola bilər ki, o, insanların etibarını qazanmaq qüdrətinə malik olsun və insanların etibarını qazanmaq üçün səylər göstərmiş olsun. Bu cür keyfiyyətləri daşımayan lider təbiidir ki, insanlar tərəfindən inamla qarşılanmayacaq. İnsanların inanmadığı liderin isə Azərbaycanın qarşısında duran vəzifələrin həll edilməsi və yaxud milli maraqların təmin edilməsi istiqamətində səmərəli fəaliyyət göstərməsi mümkün deyil. Bütün bunların hamısı insanların seçim hüquqlarının hər hansı bir məhdudiyyət olmadan həyata keçirilməsinə imkan yaradılmasını tələb edir. Ölkə Konstitusiyasında müəyyənləşdirilmiş norma isə insanların seçmək imkanlarına məhdudiyyət qoyubdur. Bu məhdudiyyət bir şəxsin iki dəfədən artıq prezident seçilə bilməməsi şəklində özünü büruzə verib. Amma əslində, bu, konkret bir şəxsin iki dəfədən artıq prezident seçilməsinə qoyulan məhdudiyyətdən daha çox, insanların seçmək hüququna qoyulan məhdudiyyətdir.
Görüşlərdə qeyd olunmuşdur ki, Konstitusiya müəyyən sərhəd çərçivəsində xalqın, millətin, dövlətin idarə olunmasının əsas prinsiplərini özündə əks etdirən ali sənəddir. Digər ölkələrdə olduğu kimi, hüquqi dövlət olan Azərbaycan da sivil və demokratik qanunlarla idarə olunur. Bütün sahələr üzrə mövcud olan müxtəlif istiqamətli qanunlar insanlar, cəmiyyətdaxili və dövləti münasibətləri tənzimləyir. Amma bütün bu qanunların yeganə istinad mənbəyi Konstitusiyadır. Yəni, hər bir ölkənin Konstitusiyası həmin dövlətin siyasi, iqtisadi əsasını, dövlətin idarə formasını, vətəndaşların hüquq və azadlıqlarını, məhkəmə sistemini, demək olar ki, cəmiyyət həyatının bütün sahələrini əhatə edən ən ali sənəddir. Dövlətçiliyimizin əsrlərlə yaşı olsa da, Konstitusiya tariximiz çox gəncdir. Konstitusiya, adətən, ümumxalq səsverməsi yolu ilə qəbul olunur. Buna görə də, referendum keçirilir.
Təşviqat qrupunun keçirdiyi bütün görüşlərdə "Yeni Azərbaycan"ın Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərin zəruriliyinin nədən ibarət olduğu barədə ətraflı izahat işi aparılmışdır. Qeyd olunmuşdur ki, ölkə Konstitusiyası 1995-ci ildən fəaliyyətdədir. Ötən dövr ərzində Azərbaycan çox böyük inkişaf yolu keçmiş və təcrübə qazanmışdır. Bu inkişaf və tərəqqi də, öz növbəsində, qanunlarımızın özündə təkmilləşmə işinin aparılmasını zəruri edir. Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu Azərbaycan Konstitusiyasında ölkəmizin keçdiyi tarixi yol, eləcə də, mütərəqqi dünya praktikası nəzərə alınmışdır. Buna görə də, həmin müddəalar o dövr üçün tam real idi. Amma zaman keçmiş, ölkəmiz böyük bir inkişaf yolu qət etmiş, dövlət quruculuğu möhkəmlənmişdir. Ona görə də, Konstitusiya islahatlarına ehtiyac həm də ictimai-siyasi həyatın dəyişməsi, Azərbaycanın beynəlxalq təşkilatlara üzvlüyü ilə əlaqədardır. Əbədi olmayan qanunlar sosial-iqtisadi və siyasi islahatların nəticəsində mütləq dəyişiklikliyə məruz qalır.
Konstitusiya müəyyən sərhəd çərçivəsində cəmiyyətin idarə olunmasının əsas prinsiplərini özündə əks etdirən ali sənəddir. Digər demokratik ölkələrdə olduğu kimi, hüquqi dövlət olan Azərbaycan da sivil və demokratik qanunlarla idarə olunur. Yəni hər bir ölkənin Konstitusiyası həmin dövlətin siyasi, iqtisadi əsasını, dövlətin idarə formasını, vətəndaşların hüquq və azadlıqlarını, məhkəmə sistemini, demək olar ki, cəmiyyət həyatının bütün sahələrini əhatə edən ən ali sənəddir. Çox gənc olan Konstitusiyamızın inkişafının müəyyən mərhələlərində yeniləşməyə və təkmilləşməyə ehtiyacı vardır. Məhz buna görə də, ümumxalq səsverməsi yolu ilə qəbul olunan Konstitusiyada islahatların həyata keçirilməsi üçün referendum keçirilir.
"Yeni Azərbaycan" Təşviqat Qrupunun keçirdiyi bütün görüşlərdə Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərin zəruriliyi barədə ətraflı izahat işi aparılmışdır. Qeyd olunmuşdur ki, müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbulundan ötən dövr ərzində ölkəmiz çox böyük inkişaf yolu keçmiş və təcrübə qazanmışdır. Bu inkişaf və tərəqqi də, öz növbəsində, qanunlarımızın özündə təkmilləşmə işinin aparılmasını zəruri etmişdir. Ulu öndər Heydər Əliyevin müəllifi olduğu Azərbaycan Konstitusiyasında keçdiyimiz tarixi yol, eləcə də, mütərəqqi dünya praktikasından bəhrələnmişdir. Həmin müddəalar o dövr üçün tam real idi. Amma bu dövr ərzində ölkəmiz böyük bir inkişaf yolu qət etmiş, dövlət quruculuğu möhkəmlənmişdir. Ona görə də, Konstitusiya islahatlarına ehtiyac həm də ictimai-siyasi həyatın dəyişməsi, Azərbaycanın beynəlxalq təşkilatlara üzvlüyü və bunanla əlaqədar olaraq, üzərinə götürdüyü öhdəliklərdən irəli gəlmişdir. Tarixdə heç nə əbədi deyildir və əbədi olmayan qanunlar sosial-iqtisadi və siyasi islahatların nəticəsində mütləq dəyişiklikliyə məruz qalır.
"Güclü dövlət naminə" devizi altında keçirilən bütün görüşlərdə rayon ictimaiyyətinin nüfuzlu nümayəndələri, ziyalılar, ağsaqqallar və gənclər çıxış edərək, martın 18-də Azərbaycanın xoşbəxt gələcəyini və sürətli inkişafını qarşıya məqsəd qoymuş Referendum Aktını dəstəkləyəcəklərini, xalqın iradəsini ifadə edən "Yeni Azərbaycan"ın təklifini müdafiə edəcəklərini bəyan etmişlər.

Digər xəbərlər