PDF Oxu

Xəbərlər

  • 6

“Yeni Azərbaycan” Təşviqat Qrupu Nərimanov rayon seçiciləri ilə görüş keçirib

“Yeni Azərbaycan” Təşviqat Qrupu Nərimanov rayon seçiciləri ilə görüş keçirib

"Yeni Azərbaycan" Təşviqat Qrupu Bakı Avrasiya Universitetinin akt zalında Nərimanov rayon seçiciləri ilə görüş keçirib. Görüşdə YAP Nərimanov rayon təşkilatının sədri Təhminaz Tağıyev, "Yeni Azərbaycan" Təşviqat Qrupunun səlahiyyətli nümayəndəsi, millət vəkili Məlahət İbrahibqızı və digər səlahiyyətli şəxslər iştirak ediblər.
- YAP Nərimanov təşkilatının sədri Təhminaz Tağıyev çıxışında bildirib ki, Azərbaycan Konstitusiyası mükəmməldir, yəni bizim ana qanunumuzda bütün hüquq və azadlıqlar öz əksini tapıb. Lakin bəzi maddələrə əlavə və dəyişikliklər edilməsi vacibdir. Çünki bu zamanın tələbindən irəli gəlir. "Konstitusiyaya ediləcək əlavə və dəyişikliklərə hər bir vətəndaş münasibət bildirməlidir. Konstitusiya xalqın, dövlətin əsas qanunudur"-deyə T.Tağıyev bildirib. T.Tağıyev Konstitusiyaya ediləcək əlavə və dəyişikliklər barəsində məlumat verib. O, əsas diqqəti 17-ci maddəyə yönəldərək bildirib ki, ailə və dövlət maddəsinə təklif olunan variantda "uşaqlar" sözü də əlavə olunub ki, bu da uşaqların hüquqlarının daha da qorunmasına təminat verir. Maddəyə əlavə olunan müddəalardan birində vurğulanır ki, 15 yaşına çatmamış uşaqlar işə götürülə bilməzlər. Daha sonra çıxış edən "Yeni Azərbaycan" Təşviqat Qrupunun səlahiyyətli nümayəndəsi, millət vəkili Məlahət İbrahimqızı vurğulayıb ki, referendum xalqımız və ölkəmizin həyatında xüsusi əhəmiyyət kəsb edir və buna görə də, Azərbaycan xaqlı 18 mart referendumda aktiv iştirak etməlidir. M. İbrahimqızı onu da qeyd edib ki, Müstəqil Azərbaycanın ilk Konstitusiyası ulu öndər Heydər Əliyevin müəllifliyi ilə 1995-ci ildə qəbul edilib. 2002-ci ildə ümumxalq səsverməsi ilə əsas qanunumuzun bir neçə maddəsinə əlavə və dəyişiklik edilib.
Millət vəkili çıxışında onu da qeyd edib ki, bəzi müxalif qüvvələr referendum keçirilməsinin əleyhinədirlər. Bu onların savadsızlığı və qeyri-obyektivliyi ilə əlaqədardır: "Bu, əslində, qeyri-obyektivlikdən irəli gəlir. Müxalifət hər zaman ölkədə gedən inkişafa kölgə salmağa cəhd göstərir və hər dəfə də bu cəhd uğursuz olur. Şübhəsiz ki, bu dəfə də belə olacaq. Konstitusiyamıza ediləcək əlavə və dəyişikliklər bütün xalqımızın, o cümlədən, biz millət vəkillərinin arzu və istəyidir"-deyə, Məlahət İbrahimqızı söyləyib. Həmçinin, 101-ci maddəyə toxunan millət vəkili, bir nəfərin 2 dəfədən artıq prezident seçilməsinə qoyulan qadağanın aradan qaldırılmasını demokratik addım kimi qiymətləndirib və bildirib ki, bu maddəyə təklif edilən variantda qeyd olunub ki, müharibə şəraitində, hərbi əməliyyatların sonunadək Prezidentin səlahiyyət müddəti uzadılır. Yəni, bunun kiminsə ömürlük Prezident seçilməsi kimi başa düşmək kökündən yalnışdır.

"Hüquq və demokratiya" Təşviqat Qrupu Nərimanov rayon seçiciləri ilə görüş keçirib

Martın 18-də Konstitusiyaya ediləcək əlavə və dəyişikliklərlə bağlı keçiriləcək referendumla əlaqədar olaraq "Hüquq və demokratiya" Təşviqat Qrupu Nərimanov rayon seçiciləri ilə görüşündə çıxış edən təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, hüquqşünas Mais Əliyev referendumun keçirilməsinin vacibliyindən danışıb, Konstitusiyada maddələrə ediləcək əlavə və dəyişikliklərlə bağlı seçicilərə məlumat verib. "Düzəliş edilməsi üçün ümumxalq səsverməsinı çıxarılan maddələrdən biri də 12-ci maddədir. Təklif edilən varianta Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir" sözləri əlavə edilib.

Digər xəbərlər