PDF Oxu

Xəbərlər

  • 13

Hüquqi islahatlar dövlətin möhkəmlənməsinə xidmət edir

Hüquqi islahatlar dövlətin möhkəmlənməsinə xidmət edir

Dünən Konstitusiyaya ediləcək əlavə və dəyişikliklərlə bağlı "Yeni Azərbaycan" Təşviqat Qrupu Qazax rayonunun Ağköynək, Cəfərli, Daşsalahlı və Fərəhli kəndlərində seçicilərlə görüş keçirib.
Tədbirdə çıxış edən YAP Qazax rayon təşkilatının sədri Həmid Pənahov bildirib ki, Konstitusiya müasir dövrün tələblərinə uyğun olmalıdır: "Hər bir dövlətin əsas qanunu- Konstitusiya Aktıdır. Konstitusiyada əsas hüquq və vəzifələr öz əksini tapıb. Ona görə də, zaman keçdikcə, Konstitusiya müasir dövrün tələblərinə uyğunlaşmalıdır. Məhz martın 18-da keçiriləcək referendum bunun üçün nəzərdə tutulub. Hər bir ölkə vətəndaşını ümumxalq səsvermədə fəal olmağa çağırırıq. Çünki Konstitusiya, qanunlar hər bir ölkə vətəndaşı üçün nəzərdə tutulub.
Daha sonra çıxış edən "Yeni Azərbaycan" referendum üzrə Təşviqat Qrupunun Qazax rayon şöbəsinin üzvləri Anar Nəbiyev və İsgəndər Qurbanov çıxış edərək Referendum Aktı ilə bağlı fikirlərini çatdırdılar. Bildirdilər ki, referenduma çıxarılan təkliflərə dəstək verməklə, cəmiyyətdə gedən sosial-iqtisadi inkişafın, demokratik proseslərin sürətlənməsinə təkan verərmək olar:
 "Azərbaycan ildən-ilə sürətlə inkişaf edir. Bu inkişaf həyatımızın bütün sahələrində hiss olunmaqdadır. Ulu öndər Heydər Əliyevin uğurlu siyasətinin davamı nəticəsində ölkəmiz Cənubi Qafqaz regionunun lider ölkəsinə çevrilib. Eləcə də, Azərbaycan yeniləşir və dünyaya inteqrasiya edir. Bunun üçün də Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi vacibdir. Bir daha qeyd etmək istəyirəm ki, referendum xalqımızın arzuladığı müsbət məqamlarla zəngindir. Buna görə də, hər bir seçici referendumda aktiv iştirak etməlidir".
Rayon təşviqat qrupunun üzvləri onu da vurğulayıblar ki, Konstitusiyaya edilən əlavə və dəyişikliklər ölkə vətəndaşlarının yaxşı yaşaması, dövlətimizin daha da inkişafı üçün ciddi məqamları özündə əks etdirir.
 
"Vətəndaş cəmiyyəti" Təşviqat Qrupu Qazaxda görüşlər keçirib

"Vətəndaş cəmiyyəti" referendum üzrə Təşviqat Qrupunun üzvləri Qazaxda bir sıra görüşlər keçirib. Tədbirdə çıxış edən təşviqat qrupunun vəkili "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı bildirib ki, Azərbaycanda gedən sürətli inkişaf prosesi Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsini zəruri edib: "Konstitusiya islahatları ilə bağlı keçiriləcək referendum tarixi zərurətdən irəli gəlir. Yəni bu, zamanın tələbidir. Konstitusiyaya ediləcək əlavə və dəyişikliklər ölkəmizin, Azərbaycan xalqının parlaq gələcəyi üçün nəzərdə tutulub". A.Aşırlı onu da qeyd edib ki, 18 martda keçiriləcək referendumda 29 maddəyə 41 əlavə və dəyişiklik edilməsi nəzərdə tutulub ki, bütün bunlar dövlətçiliyimiz, ölkə vətəndaşları üçün vacibdir. Azərbaycan dövləti demokratik və azad cəmiyyət qurulmasını qarşısına məqsəd qoyub. Bu məqsədlərə nail olmaq üçün Konstitusiya islahatları həyata keçiriləcək".
Keçirilən görüşlərdə çıxış edən Qazax seçiciləri martın 18-də keçiriləcək referendumda  aktiv iştirak edəcəklərini vurğuladılar.

Digər xəbərlər