PDF Oxu

Xəbərlər

  • 10

“Ermənistanla sərhədlərin açılmasına imkan verilməyəcək”

“Ermənistanla sərhədlərin açılmasına imkan verilməyəcək”
Türkiyənin AKP hakimiyyətinin Ermənistanla siyasi, iqtisadi əlaqələrin qurulması üçün atdığı addımlar, istər Türkiyə, istərsə də Azərbaycan ictimaiyyəti tərəfindən narazılıq və narahatlıq doğurmaqdadır. Artıq Türkiyənin bir çox şəhərlərində, o cümlədən, Diyarbəkir, İzmir və İstanbul şəhərlərində Ərdoğan hakimiyyətinin Ermənistanla diplomatik əlaqələr qurmasına etiraz edən aksiyalar keçirirlər. Bununla yanaşı, müxalifətdən olan MHP, CHP millət vəkilləri Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın maraqlarına zidd mövqe ortaya qoyduğuna görə, etiraz bəyanatı yayıblar. ABŞ-da səfərdə olan Türkiyə parlamentinin üzvləri Şükrü Ələkdağ, Murat Mərcan, Nursuna Məməcan və Mithat Milin Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində Türkiyə üzrə ekspert və jurnalistlərlə görüşlərində Ermənistanla sərhədlərinin yalnız Dağlıq Qarabağ münaqişəsinin həllindən sonra açıla biləcəyini söyləyiblər.
Qeyd etmək yerinə düşər ki, Türkiyənin indiki hakimiyyətinin Ermənistan qarşısında zəiflik göstərməsinin konkret səbəbləri olduğu bildirilir. Ekspertlərin gəldiyi qənaətə görə, Qərbin, eləcə də, Avropadakı bəzi erməni diaspora təşkilatlarının təzyiqləri Ərdoğan hakimiyyətinin Ermənistan qarşısında geri çəkilməyə vadar edib. AKP hakimiyyətinin yayılan məlumatlara, KİV-lərdə verilən şərhlərə münasibət bildirməməsi, ortada güzəşt amilinin olduğunu deməyə əsas verir. Söz-söhbətin yayılmasından sonra Ermənistanla Türkiyə arasında iqtisadi ticarət əlaqələrinin yüksəldiyi də bildirilir. Konkret misal olaraq, göstərilir ki, yalnız 2008-ci ildə Türkiyənin Ermənistanla iqtisadi əlaqələri 2,2 faiz artaraq, 180 mln dol-a çatıb.
Ermənistanla Türkiyə dövlət və hökumət rəsmiləri arasında da görüşlərin sayı artıb. Bu gündən isə, Türkiyənin xarici işlər naziri Əli Babacanın Yerevana səfiri gözlənilir. Görünür, bu amili nəzərə aldıqlarından, Ermənistanın baş naziri Türkiyə ilə diplomatik əlaqələrin qurulmasında onlar daha çox maraqlı olduqlarını bildirib. Bu, azmış kimi, Ermənistanın baş naziri Amerika prezidenti Barak Obama müraciət edərək, "erməni soyqırımı"nı tanımamağa çağırıb. Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komitəsinin sədri Murat Mərcan Ermənistan hakimiyyətini ABŞ rəsmi dairələrinə soyqırımı tanımamaq barədə müraciətinin heç də təəccüb doğurmadığını söyləyib. M.Mərcan onu da söyləyib ki, onlar Obama hakimiyyətinin "erməni soyqırımı"nı tanımayacaqlarına ümid bəsləyirlər. Millət vəkili fikrini onunla əsaslandırıb ki, Obama hakimiyyəti ABŞ xarici siyasətinin gərginlik yaratmaq deyil, dialoq qurmağa yönəlib. M.Mərcan onu da söyləyib ki, Türkiyə Sovet İttifaqının dağılmasından sonra, çoxvektorlu xarici siyasət reallaşdırıb. Buna da səbəb ölkə ətrafında 4 iri münaqişənin olması ilə bağlıdır.
Türkiyənin xarici siyasət fəlsəfəsinin  "0 problem" bəndindən Avropaya intqrasiya və siyasi nüfuzdan istifadə etməyə yönəlib: "Bu siyasi nüfuz özünü Balkanlarda, Suriyada, Gürcüstanla Rusiya arasında olan son müharibədə də özünü göstərdi. Türkiyənin Qərbyönümlü ölkə olduğunu və regionda baş verən proseslərə görə məsuliyyət daşıyır".
M.Mərcan AKP hakimiyyətinin Ermənistanla əlaqələr qurmasına da özəl münasibət bildirib. Qeyd edib ki, AKP hakimiyyəti qarşısında təkcə Yerevanla münasibətlərin yaradılması deyil, həmçinin, Qafqazda sülhün yaradılmasına nail olmaq istəyi dayanıb.
Yeri gəlmişkən, onu da vurğulamaq lazımdır ki, Türkiyə ictimaiyyəti Ermənistanla diplomatik əlaqələrin qurulmasına, sərhdlərin açılmasına qəti etiraz edirlər. Hətta AKP hakimiyyəti qarşısında bu məsələ ilə bağlı tələb də qoyub. Bu tələbi ümumi şəkildə ifadə edən CHP-dən olan millət vəkili Şükrü Ələkdağ bildirib ki, Ermənistanla sərhədlərin açılmasına yol vermək olmaz. Bu məsələnin həllinə yalnız işğal edilən Azərbaycan torpaqlarının azad edilməsindən sonra nail olmaq mümkündür.
MHP-dən olan millət vəkili Mithat Milen isə, Azərbaycanın maraqları nəzərə alınmadan Ermənistanla münasibətlərinin qurulmasının yolverilməz olduğunu söyləyib. Onu da qeyd edib ki, yalnız  işğalçı ordular Azərbaycan torpaqlarından çıxdıqdan sonra, Türkiyə ilə Ermənistan arasında diplomatik əlaqələrin qurulmasına baxıla bilər.
Bir sözlə, Türkiyənin ictimai rəyi Ermənistana münasibətdə AKP hakimiyyətindən fərqli mövqe ortaya qoymaqdadır. Bu isə, Ərdoğan hakimiyyətinin, istəsə də, istəməsə də mövcud ictimai-rəyin tələbləri ilə razılaşmağa məcbur olacağı deməkdir.  Əks-təqdirdə, AKP-nin hakimiyyət ömrünün 2010-cu il parlament seçkilərinə çatmadan yarımçıq qala bilər. Hər halda proseslərin inkişafı və araşdırmadan sonra verilən proqnozların nəticəsi bunu deməyə əsas verir.

Digər xəbərlər