PDF Oxu

Xəbərlər

  • 11

Referendum insanların sosial inkişafına yönəlib

Referendum insanların sosial inkişafına yönəlib

Dünən "Yeni Azərbaycan" Təşviqat Qrpunun üzvləri Xaçmaz rayonunda gənclərlə, həmçinin, rayonun Ləçət, Yeni Həyat, Yalama kəndlərində ictimaiyyətlə görüşlər keçiriblər. YAP Xaçmaz rayon təşkilatının sədri Nazim Ağayev çıxış edərək Konstitusiyaya əlavə və dəyişikliklərin hər bir Azərbaycan vətəndaşının gələcək rifahında əhəmiyyətli rola malik olduğunu açıqladı.
O, vurğuladı ki, ölkəmizdə gedən dinamik inkişaf prosesi həm də yeni dəyişikliklərin və islahatların keçirilməsini zərurətə çevirib. Xüsusilə, vətəndaşların hüquq və azadlıqlarının daha geniş şəkildə qorunması, onların sosial inkişafını daha da sürətləndirmək istəyi bu referendumda əsas qayədir. N.Ağayev bildirdi ki, Konstitusiyaya təklif olunan dəyişiklikləri Xaçmaz rayonunun sakinləri də dəstəkləyirlər və martın 18-də referendumda fəal iştirak edib bu dəyişiklikliklərə səs verəcəklər.
"Yeni Azərbaycan" Təşviqat Qrupunun vəkili, Milli Məclisin deputatı Nizami Xudiyev ölkəmizin son illər böyük inkişaf mərhələsi keçdiyini və bu proseslərin nəticəsi kimi xalqımızın rifah halının yüksəldiyini, ölkəmizin hazırkı dinamik inkişafa görə dünya birliyində önəmli yer qazandığını açıqladı. Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı martın 18-də keçiriləcək referendumun böyük əhəmiyyətini qeyd edən N.Xudiyev vurğuladı ki, bu dəyişiklik və əlavələr insanların hüquqlarının daha da mükəmməl şəkildə qorunmasına və müdafiəsinə yönəlib. O bildirdi ki, Konstitusiyanın 71-ci maddəsinin ikinci hissəsinə təklif olunan əlavə və dəyişiklik də hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini hüquq və azadlıqlarının qanuni çərçivəsini müəyyənləşdirir. N.Xudiyev, uşaq hüquqlarından başlamış, insanların sosial müdafiəsinə qədərki bütün maddələrdəki dəyişiklikilərin ancaq vətəndaşlarımızın inkişafına yönəldiyini bildirdi. N.Xudiyev bütün xaçmazlıları martın 18-də keçiriləcək referendumda fəal iştirak etməyə və təklif olunan dəyişikliklərə səs verməyə çağırdı. Çıxış edən Xaçmaz rayonunun seçiciləri martın 18-də keçiriləcək referendumda fəal iştirak edəcəklərini və vətəndaşların hüquq və azadlıqlarının qorunmasına, sosial rifah hallarının daha da yaxşılaşdırılmasına yönələn dəyişikliklərə səs verəcəklərini söylədilər.

"Şəhər" Təşviqat Qrupu Xaçmazda görüşlər keçirib

"Şəhər" Təşviqat Qrupunun üzvləri Xaçmazda rayonunun bir neçə kəndində seçicilərlə geniş görüşlər keçiriblər. "Şəhər" Təşviqat Qrupunun vəkili, millət vəkili Ziyad Səmədzadə Xaçmaz əhalisi qarşısında çıxış edərək, Konstitusiyaya əlavə və dəyişikliklərin hər bir vətəndaşın gələcək rifah halının yaxşılaşdırılmasına yönəldiyini və insanların bu dəyişikliklərdən faydalanacaqlarını vurğuladı. Konkret olaraq bir sıra maddələr üzrə təklif olunan dəyişikliklərə diqqət çəkən Z.Səmədzadə, Konstitusiyanın 15-ci maddəsinə təklif olunan dəyişikliklər barədə məlumat verdi. O bildirdi ki, yeni dəyişiklikdə dövlətin sosial yönümlü iqtisadiyyatın inkişafına şərait yaradılması və bunu dəstəkləməsi və iqtisadi münasibətlərdə inhisarçılığa yol verməməsi öz əksini tapıb ki, bu da iqtisadi inkişaf üçün mühüm əhəmiyyət daşıyır. Z.Səmədzadə bu dəyişikliklərin hər bir vətəndaşın sosial rifah halının yaxşılaşmasına stimul verəcəyini açıqladı və bütün Xaçmaz seçicilərini referendumda fəal iştirak edib, dəyişikliklərə səs verməyə çağırdı.

"Tərəqqi" Təşviqat Qrupunun üzvləri Xaçmazda görüşlər keçiriblər

"Tərəqqi" Təşviqat Qrupunun vəkili Milli Məclisin üzvü Lalə Abbasova xaçmazlılarla görüşlərdə bir məqama xüsusilə diqqəti çəkib ki, Konstitusiyanın 29 maddəsinə edilən düzəliş və əlavələr hər bir vətəndaşın hüquq və azadlıqlarının mükəmməl şəkildə qorunmasına, insanların daha geniş şəkildə iqtisadi fəaliyyətlə məşğul olmalarına və sosial imkanlarının yüksəldilməsinə yönəldilib. O bildirib ki, hər bir vətəndaş bu dəyişikliklərə səs verməklə öz gələcəyini və rifahını təmin etməyə səs vermiş olacaq. L.Abbasova xaçmazlıları bu əlavə dəyişikliklərə səs verməyə və referendumda fəal iştirak etməyə çağırıb.

Digər xəbərlər