PDF Oxu

Xəbərlər

  • 11

Güclü dövlət naminə

Güclü dövlət naminə

=Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı 18 mart 2009-cu ildə keçiriləcək ümumxalq səsverməsi (referendum) ilə əlaqədar "Yeni Azərbaycan" referendum üzrə Təşviqat Qrupu "Güclü dövlət naminə" təşviqat kampaniyasına başlamışdır.
"Yeni Azərbaycan" referendum üzrə Təşviqat Qrupu qanunvericiliyə uyğun olaraq, fevralın 18-də təşviqat kampaniyasına start vermiş, kampaniya çərçivəsində "Güclü dövlət naminə" devizi altında ölkənin bütün şəhər və rayonlarında, kənd və qəsəbələrində seçicilərlə görüşlər keçirəcək, Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərin mahiyyəti barədə geniş təşviq işi aparacaqdır. Təşviqat qrupu Azərbaycanın hər bir bölgəsində uğurlu və səmərəli izahetmə, maarifləndirmə kampaniyasının aparılmasını qarşıya məqsəd qoymuşdur. Konstitusiyanın 29 maddəsində nəzərdə tutulan 40-a yaxın əlavə və dəyişikliyin mahiyyətini bütün seçicilərə çatdırmaq niyyətini qarşıya başlıca vəzifə qoymuş "Yeni Azərbaycan" təşviqat qrupunun bu məqsədlə hər bir rayon və şəhərdə yerli qərargahları yaradılmış və uğurla fəaliyyət göstərməkdədir. Təşviqat qrupunun apardığı müşahidələr Azərbaycan vətəndaşlarının mütləq əksəriyyətinin Konstitusiyaya əlavə və dəyişiklikləri birmənalı şəkildə dəstəklədiyini, onların mahiyyətini düzgün dərk etdiklərini bir daha nümayiş etdirmişdir.
Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişiklikləri dövlətçiliyimizin əsaslarının möhkəmləndirilməsinə, konstitusion əsasların daha da gücləndirilməsinə, eyni zamanda, ölkə vətəndaşlarının hüquq və azadlıqlarının hüdudlarının genişləndirilməsinə, onların daha etibarlı və səmərəli müdafiəsinin təşkil edilməsinə, müdafiə mexanizminin yaradılmasına xidmət kimi qəbul edən Azərbaycan vətəndaşlarının böyük əksəriyyəti martın 18-də səsvermədə fəal iştirak edəcəkləri və Konstitusiya Aktını dəstəkləyəcəkləri barədə qəti mövqe bildirmişlər.
Fevralın 20-də "Yeni Azərbaycan" referendum üzrə Təşviqat Qrupunun səlahiyyətli nümayəndələrinin və vəkillərinin iştirakı ilə "Güclü dövlət naminə" devizi altında Bakının Nərimanov, Sabunçu, Nizami, Suraxanı, Xətai, Binəqədi, Səbail, Yasamal, Nəsimi rayonlarında, Qaradağ rayonunun Lökbatan qəsəbəsində, Abşeron rayonunun Saray qəsəbəsində, Sabunçu rayonunun Ramana qəsəbəsində məskunlaşmış Şuşa rayonundan olan məcburi köçkünlərlə, Sumqayıt şəhərinin 12-ci mikrorayonunda məskunlaşmış Qubadlı rayonundan olan məcburi köçkünlərlə, Nəsimi rayonunda məskunlaşmış Zəngilan rayonunudan olan məcburi köçkünlərlə, eləcə də Sumqayıt şəhərində birinci məhəllə yaşayış massivində seçicilərlə görüşlər keçirilmişdir.
"Yeni Azərbaycan" referendum üzrə Təşviqat Qrupunun səlahiyyətli nümayəndələrindən YAP İdarə Heyətinin üzvü Kərim Kərimov, MM-in komissiya sədri Hadı Rəcəbli, MM-in deputatlarından Məlahət İbrahimqızı, İmamverdi İsmayılov, Nizami İsgəndərov, Mirkazım Kazımov, Musa Quliyev, Əkrəm Abdullayev, təşviqat qrupunun vəkillərindən YAP İdarə Heyətinin üzvü, MM-in deputatı Nizami Xudiyev, YAP İdarə Heyətinin üzvü Şahlar Əsgərov, MM-in deputatlarından Eldar Quliyev, Gülər Əhmədova, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova və başqaları keçirilən görüşlərdə iştirak etmişlər.

"Yeni Azərbaycan"ın təşviqat kampaniyası - 21 fevral

"Yeni Azərbaycan" referendum üzrə Təşviqat Qrupu Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərlə bağlı 18 mart 2009-cu ildə keçiriləcək ümumxalq səsverməsi (referendum) ilə bağlı "Güclü dövlət naminə" təşviqat kampaniyasını fevralın 21-də davam etdirmişdir.
Fevralın 21-də "Yeni Azərbaycan" referendum üzrə Təşviqat Qrupunun səlahiyyətli nümayəndələrinin və vəkillərinin iştirakı ilə "Güclü dövlət naminə" devizi altında Bakının Nərimanov, Sabunçu, Nizami, Suraxanı, Xətai, Binəqədi, Səbail, Əzizbəyov, Nəsimi rayonlarında, Qaradağ rayonunun Lökbatan qəsəbəsində, Abşeron rayonunun Qobu qəsəbəsində, Nərimanov rayonunda məskunlaşmış Şuşa rayonundan olan məcburi köçkünlərlə, Nizami rayonunda məskunlaşmış Zəngilan rayonundan olan məcburi köçkünlərlə, Sumqayıt şəhərində məskunlaşmış Qubadlı rayonundan olan məcburi köçkünlərlə, eləcə də Sumqayıt şəhərində 2-ci mikrorayon yaşayış massivində, Biləsuvar rayonun Nəsimi və Nəriman kəndlərində, Şirvan şəhərinin Hacıqəhrəmanlı qəsəbəsində, Hacıqabul şəhərində və rayonun Navahı kəndində seçicilərlə görüşlər keçirilmişdir.
"Yeni Azərbaycan" referendum üzrə Təşviqat Qrupunun səlahiyyətli nümayəndələrindən YAP İcra katibinin müavini Mübariz Qurbanlı, YAP İdarə Heyətinin üzvü Kərim Kərimov, MM-in komissiya sədri Hadı Rəcəbli, MM-in deputatlarından Məlahət İbrahimqızı, Mirkazım Kazımov, Nizami İsgəndərov, Musa Quliyev, Çingiz Əsədullayev, təşviqat qrupunun vəkillərindən MM-in komissiya sədri Səməd Seyidov, MM-in deputatlarından Gültəkin Hacıyeva, Asəf Hacıyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Yusif Məmmədov və başqaları keçirilən görüşlərdə iştirak etmişlər.
"Yeni Azərbaycan" referendum üzrə Təşviqat Qrupunun nümayəndələrinin iştirakı ilə keçirilmiş bütün görüşlərdə bir fikir hakim olmuşdur ki, Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklər ümumxalq mənafeyinə və dövlətçiliyimizin daha da gücləndirilməsinə xidmət edir. Azərbaycanın gələcək inkişafını düşünən hər bir ölkə vətəndaşı 18 mart 2009-cu ildə keçiriləcək ümumxalq səsverməsində fəal iştirak edəcək və Konstitusiyaya təklif edilən hər bir əlavə və dəyişikliyə özünün müsbət mövqeyini nümayiş etdirəcəkdir.

Digər xəbərlər