PDF Oxu

Xəbərlər

  • 8

Yarımstansiyaların təmiri uğurla aparılır

Yarımstansiyaların təmiri uğurla aparılır
Respublika enerji sisteminin, bütün sahələrində olduğu kimi, "Astara Enerji Qovşağı"nda da aqreqatlara nəzərdə tutulmuş bütün texniki xidmətlər qrafikə uyğun vaxtında göstərilib. "Azərenerji" ASC-nin mətbuat xidmətinin "Səs"ə verdiyi məlumatında bildirilir ki, 10 aqreqatdan ibarət, ümumi gücü 87 MVt olan bu stansiya 2006-cı ilin fevral ayında istismara verilib. Elektrik stansiyası istismara verildiyi vaxtdan cari ilin fevral ayına kimi burada 1,2 milyard kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilib.
Müəssisə cari ilin yanvar ayında dispetçer qrafikinə uyğun olaraq cənub bölgəsinin fasiləsiz elektrik enerji ilə təminatında mühüm rol oynayıb. Belə ki, sözügedən dövr ərzində 37,4 milyon kilovatsaat elektrik enerjisi istehsal edilib ki, bu da proqnozlaşdırıldığından 4,4 milyon kilovatsaat çoxdur. Avadanlıqların iş səmərəliliyinin artırılması, enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin dayanıqlı, sabit işləməsinin və istismar səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində elektrik enerji istehsalının xüsusi sərfi azalaraq 380 min kilovatsaatdan artıq olub. Bu da proqnozlaşdırıldığından 30 min kilovatsaat azdır.
Eyni zamanda, yaz-yay daşqın sularından mühafizə məqsədilə stansiya ərazisindəki hər iki kanal dərinləşdirilib, stansiyanın yanından axan çay təmizlənilib. Bu işlər hal-hazırda da davam etdirilir. Yarımstansiyaların vaxtında keyfiyyətlə təmirini yerinə yetirməklə onların maksimal enerji ötürmək imkanlarının artırılması, enerjinin ötürülməsi və paylanmasında itkilərin azaldılması, qəza açılmalarının sayının minimuma endirilməsi məqsədi ilə təmir qrafikinə uyğun olaraq ötən ildə olduğu kimi, cari ilin yanvar ayında da təmir tikinti işləri yerinə yetirilib. O cümlədən, 110 kV-lik Lənkəran-2 hava xəttində iki dayaq, xətlərdəki 40-dan artıq zədəli izolyatorlar yeni tipli izolyatorlarla, 170 metr naqil isə yenisi ilə əvəz edilibdir.

Digər xəbərlər