PDF Oxu

Xəbərlər

  • 5

Referendum xalqın iradəsinin ən yüksək ifadəsidir

Referendum xalqın iradəsinin ən yüksək ifadəsidir
M.İbrahimqızı ötən il dekabrın 26-da parlament tərəfindən refendumun keçirilməsi haqqında qəbul edilmiş qərarı da böyük hadisə kimi xarakterizə etdi. Millət vəkili bildirdi ki, dəyişikliklərin təşəbbüskarı YAP-dır. Onun fikrincə, "Yeni Azərbaycan" təşviqat qrupu üzərinə düşən vəzifələri layiqincə yerinə yetirə biləcək. Milli Məclisin komissiya sədri, YAP Siyasi Şurasının üzvü, "Yeni Azərbaycan" təşviqat qrupunun səlahiyyətli nümayəndəsi Eldar İbrahimov seminarda çıxış edərək fevralın 19-dan etibarən təşviqatçıların üzərinə düşən vəzifələrdən geniş danışdı. E.İbrahimov Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq görülən hazırlıq işləri barədə geniş məlumat verərək bildirdi ki, Konstitusiyaya dəyişikliklə əlaqədar Mərkəzi Seçki Komissiyası referenduma hazırlıq məqsədilə müəyyən sənədlər, təlimatlar qəbul edib. Millət vəkilinin sözlərinə görə, təşviqat kampaniyası başladıqda "Yeni Azərbaycan" təşviqat qrupu refenduma çıxarılmış məsələlərlə əlaqədar seçicilər arasında geniş izahat işlərini aparacaq. Bu kampaniya prezident və parlament seçkiləri zamanı aparılan təşviqat kampaniyası qədər əhəmiyyətlidir. Millət vəkilinin fikrincə, referenduma çıxarılan məsələlər cəmiyyətə tanış məsələlərdir. Referenduma çıxarılan məsələlərlə vətəndaşları tanış etmək üçün qanunda müəyyən müddətlər nəzərdə tutulur ki, bunlar "Yeni Azərbaycan" təşviqat qrupu tərəfindən vətəndaşlara çatdırılacaq. E.İbrahimovun sözlərinə görə, ölkənin davamlı inkişafı naminə bu dəyişikliklərə getmək vacibdir: "Bəzi müxalifət partiyaları fəaliyyətimizə qara yaxmağa çalışırlar. Amma buna nail ola bilməyəcəklər. Onlar yalnız fikirlərini 101-ci maddəyə təklif edilən dəyişikliklər əsasında qururlar. Hesab edirəm ki, biz əsaslı arqumentlərlə onların əks-təbliğatının qarşısını alacağıq". Milli Məclis sədrinin birinci müavini, YAP Siyasi Şurasının üzvü Ziyafət Əsgərov tədbirdə çıxış edərək refenduma çıxarılan məsələlərin mahiyyəti və zərurəti barədə geniş məlumat verdi. Z.Əsgərov bildirdi ki, milli dövlətçilik tariximizdə ilk Konstitusiya 1995-ci ildə qəbul edilib. Bu Konstitusiyanın müəllifi ümummilli liderimiz Heydər Əliyevdir: "Bəzən müxalifətdən olan rəqiblərimiz deyir ki, nə üçün indi təklif olunan düzəlişlər 1995-ci ildə nəzərdə tutulmamışdı. Konstitusiya o dövrlə səsləşirdi. 1995-ci ildə qəbul etdiyimiz Konstitusiya zamanın tələbinə uyğun olaraq müəyyən dəyişikliyə məruz qalıb. İlk belə dəyişikliklər 2002-ci ilin avqust ayında keçirilən ümumxalq səsverməsi zamanı olub. 2002-ci ildən ötən dövrdə yenə də Konstitusiyamıza əlavə və dəyişikliklər edilməsi zərurəti yaranıb. Çünki əsas qanunun bəzi normaları inkişaf prosesindən geri qalır". Z.Əsgərov onu da qeyd edib ki, dövlətin məqsədi vətəndaşların hüquq və azadlıqlarını ən yüksək səviyyədə qorumaqdır. Sosial yönümlü iqtisadiyyət məsələsinə gəlincə, bu, o deməkdir ki, dövlət sosialyönümlüdür:"Hər ölkə sosial dövlət ola bilmir. Azərbaycanın isə buna tam imkanı çatmır. Xalqın iradəsinin ən yüksək ifadəsi referendumdur". YAP İdarə Heyətinin üzvü, partiyanın Səbail rayon təşkilatının sədri Zahid Qaralov çıxışında konstitusiya dəyişikliklərinin zəruri olduğunu bildirdi. Onun sözlərinə görə, 101-ci maddəyə təklif olunan düzəliş demokratiyaya zidd deyil. Hər bir vətəndaşın seçmək və seçilmək hüququ qorunmalıdır. YAP Siyasi Şurasının üzvü Rizvan Vahabov isə müxalifətin iddialarının əsassız olduğunu dedi. Azərbaycan Konstitusiyasına təklif edilən dəyişikliklər vətəndaşların sosial müdafiəsinin güclənməsinə, insanların hüquq və azadlıqlarının daha da möhkəmlənməsinə xidmət edir.

Digər xəbərlər