PDF Oxu

Xəbərlər

  • 16

Qadınların ictimai-siyasi həyatda rolu böyükdür

Qadınların ictimai-siyasi həyatda rolu böyükdür
YAP Masallı rayon təşkilatı qadınlar şurasının konfransından ilk öncə iştirakçılar, rayonun mərkəzində ucaldılan Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoyaraq, onun ruhunu bir dəqiqəlik sükutla yad etdilər.
Sonra YAP Masallı rayon təşkilatının qərargahında keçirilən konfransı təşkilatın sədri Əmanət Əzizov açaraq qadınlar şurasının 2 il ərzində gördüyü işlərdən, qadın zəhmətindən və onların cəmiyyətdəki rolundan danışdı. Ə.Əzizov cəmiyyətimizi qadınsız təsəvvür etməyin mümkünsüzlüyünü qeyd edərək, bildirdi ki, ölkədə qadınlarımız aprıcı qüvvələrdən biridir. Ölkənin bütün sahələrində qadınların böyük rolu olduğunu deyən təşkilat sədri, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın ölkəmiz və xalqımızın gələcəyi üçün var qüvvəsilə çalışdığını bildirdi: "Bu gün hər bir Azərbaycan vətəndaşı, o cümlədən, qadınlarımız böyük qürurla fəxr etməlidirlər ki, ölkəmizə ulu öndər Heydər Əliyevin uğurlu davamçısı cənab İlham Əliyev rəhbərlik edir. Bununla yanaşı, bu siyasətə sadiq olan millət vəkili Mehriban xanım Əliyevanın böyük siyasəti nəticəsində Azərbaycan uğurlu inkişaf yolunda irəlidə gedir".
Konfransda YAP Masallı rayon təşkilatı qadınlar şurasının sədri Naibə Məmmədova hesabat məruzəsi ilə çıxış edərək bildirdi ki, ölkəmizin həyatında mühüm və taleyüklü məsələlərdə həmişə böyük aktivlik nümayiş etdirən rayon qadınları yüksək qiymətə layiqdir. Hər bir Azərbaycan qadınının öz ailəsi ilə yanaşı dövlətinin gələcəyini də düşündüyünü vurğulayan N.Məmmədova xanımlarımızın həmişə ölkədə aparılan işlərdə öncül olmasının yeganə sübut olduğunu qeyd etdi. Bildirdi ki, hər bir işdə qadınlarımız mətin və qeyrətli olmaları ilə də nümunə olublar. Ölkəmizin ictimai-siyasi həyatında son zamanlar qadınların rolunun daha da yüksəlməsi, möhkəmlənməsi Mehriban xanım Əliyevanın Azərbaycan qadınına nümunə olacaq formada gördüyü işlər və həyata keçirdiyi prinsiplərin də təsiri böyükdür.
N.Məmmədova keçən dövrdə qadınlar şurasının gördüyü işlərdən danışaraq bildirdi ki, YAP Masallı rayon təşkilatı keçən 2 il müddətində bir sıra işlər görmüş, rayonun ictimai-siyasi həyatında yaxından iştirak etmişdir. 2 il ərzində qadınlardan YAP sıraları artaraq genişlənmişdir.
Konfransda, həmçinin, YAP Masallı rayon təşkilatı qadınlar şurasının üzvləri Göyçək Ələskərova, Asudə Məmmədova, Günay Mehbalıyeva və b. çıxış edərək bildirdilər ki, ölkəmizin ən aparıcı sferalarında qadınların çalışır və xanımlarımızın ən mühüm işlərdə kişilərə yardımçıdırlar. Çıxış edənlər qeyd etdilər ki, Azərbaycan qadınının ən böyük statusu onun sağlam ailənin formalaşmasındakı roludur. Bu mənada xanımlarımızın rolunu xüsusilə qeyd edən konfras iştirakçıları, inkişafda olan cəmiyyətimizdə qadınların da aparıcı gücə malik olduğunu bildirdilər. Qeyd etdilər ki, bugünkü firavanlıq üçün hamılıqla ölkə Prezidenti İlham Əliyev ətrafında daha sıx birləşməli və Onun apardığı uğurlu siyasətə dəstək olmalıyıq.
Sonra təşkilati məsələlərə baxıldı. Müzakirələrdən sonra 7 nəfərdən ibarət YAP Masallı rayon təşkilatı qadınlar şurasının idarə heyəti müəyyənləşdi. Naibə Məmmədova yenidən YAP Masallı rayon təşkilatı qadınlar şurasının sədri seçildi.
Tədbir iştirakçıları gündəlikdə duran 3-cü məsələyə baxaraq Naibə Məmmədovanın YAP Qadınlar Şurasının respublika konfransına nümayəndə seçilməsinə səs verdilər.

Digər xəbərlər