PDF Oxu

Xəbərlər

  • 19

“İsveç parlamentinin “erməni soyqırımı”nı qəbul etməsi tarixi səhvdir”

“İsveç parlamentinin “erməni soyqırımı”nı qəbul etməsi tarixi səhvdir”
İsveç parlamentinin qondarma "erməni soyqırımı"nı tanıması tarixi səhvdir. Bu sözləri İsveç parlamentinin xarici işlər komitəsinin, İsveç Xristian Demokrat Partiyasının xarici işlər üzrə komissiyasının, eləcə də Krallığın AŞPA və Avropa İttifaqı üzrə komitələrinin üzvü xanım Desiree Pethrus söyləyib. Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumatda deyilir ki, İsveç Azərbaycanlıları Konqresinin (İAK) üzvləri bu günlərdə xanım Desiree Pethrusla görüşüblər. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə xanım D.Pethrusa ətraflı məlumat verilib, materiallar təqdim olunub. Xanım deputatın suallarını cavablandıran İAK nümayəndələri Dağlıq Qarabağın tarixi Azərbaycan torpaqları olduğunu təkzibolunmaz faktlarla onun diqqətinə çatdırıblar. Eyni zamanda, isveçli deputat Azərbaycanın ermənilər tərəfindən işğal olunmuş torpaqlarının qeyd-şərtsiz azad edilməsinə dair BMT Təhlükəsizlik Şurasının qətnamələri barədə də məlumatlandırılıb. Ermənilərin Xocalıda və Azərbaycanın işğal olunmuş digər torpaqlarında törətdikləri soyqırımı və terror aktları da görüşdə əsas müzakirə mövzusu olub. Erməni vəhşiliklərini sübut edən foto və video materiallar xanıma təqdim olunub. Deputat Desiree Pethrus göstərilən faktlardan təsirləndiyini bildirib, İsveç parlamentinin qondarma "erməni soyqırımı"nı qəbul etməsini tarixi səhv adlandırıb. Görüşün sonunda dünyanın tarixçi alimlərinin Qarabağ və Azərbaycan haqqında yazdıqları kitabların nüsxələri xanım Desiree Pethrusa hədiyyə edilib.

Digər xəbərlər