PDF Oxu

Xəbərlər

  • 9

“Üç il ərzində Azərbaycanda 512 dini icma qeydiyyatdan keçib”

“Üç il ərzində Azərbaycanda 512 dini icma qeydiyyatdan keçib”

"Azərbaycan ərazisində 1802 məscid, 5 pravoslav, 1 katolik, 4 gürcü-pravoslav kilsəsi, 6 sinaqoq və digər ibadət yerləri fəaliyyət göstərir". SİA -nın xəbərinə görə, bunu Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov deyib. Onun sözlərinə görə, ölkə əhalisinin 96 faizini müsəlmanlar, 4 faizini isə xristianlar, yəhudilər və digər dinlərin təmsilçiləri təşkil edir: "Azərbaycan müstəqilliyini əldə etdikdən sonra tikilmiş məscidlərin sayı 595-dir. 2009-cu ilin aprel ayınadək Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində 534 dini qurum qeydiyyatdan keçib. Həmin il müvafiq qanunvericiliyə əlavə və dəyişiklik edildiyindən dini qurumların yenidən qeydiyyata alınmasına başlanılıb. Qanunvericiliyə əlavə və dəyişiklik ediləndən indiyə qədər 512 dini icma qeydiyyatdan keçib".

Digər xəbərlər