Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Ermənistan nümayəndəliyinin əməkdaşları bu ölkədə əsirlikdə saxlanılan Azərbaycan hərbçisinə baş çəkiblər. BQXK-nın Azərbaycan nümayəndəliyinin əməkdaşı İlahə Hüseynovanın SİA-ya verdiyi məlumata görə, əsirin saxlanma şəraitinin monitorinqi aparılıb, sağlıq durumu araşdırılıb. Ailəsinin məktubu əsirə çatdırılıb, əsirdən də ailəsinə çatdırılması üçün məktub alınıb.