PDF Oxu

Xəbərlər

  • 37

Siyasiləşmiş QHT-lər...

Siyasiləşmiş QHT-lər...

Azərbaycanda demokratik mühitin formalaşması istiqamətində bir çox sahələrdə geniş imkan və şəraitlər yaradılmışdır ki, onlardan da biri vətəndaş cəmiyyətinin mövcudluğudur. Vətəndaş cəmiyyəti dedikdə, burada insanların, ümumiyyətlə, sosial təbəqəyə aid olan bir çox məqamlar dayanıb ki, həmin məqamlar bilavasitə ölkənin inkişaf tendensiyasını özündə ehtiva edir. Eyni zamanda, qanunvericiliyə əsasən, qeydiyyatdan keçən QHT-lər, ictimai birliklər siyasətlə deyil, məhz yuxarıda göstərilən amillərdən yararlanaraq, müxtəlif səpkilərdə layihələr həyata keçirməlidirlər.

Təəssüflə, qeyd etməliyik ki, Azərbaycanda dövlət qeydiyyatından keçmiş bir sıra QHT və ictimai birliklər fəaliyyət göstərməkdədir ki, onların məqsədləri şəxsi mənafeyə, şəxsi dividendə və şəxsi maddi durumun artırılmasına xidmət göstərir. Həmin qurumlar hazırda ölkənin siyasi arenasında fəaliyyət göstərən müxalifət partiyaları ilə birləşir, siyasi qərarların verilməsində canfəşanlıq göstərirlər. Bununla da, heç bir qanunvericiliyi nəzərə almayaraq, öz işlərində qanunsuzluqlara yol verirlər. Buna misal kimi, radikal müxalifətin zaman-zaman ölkədə xaos yaratmaq, dağıdıcı əməllər törətmək kimi işlərinə onların yardım etmələridir. Belə ki, bir çox hallarda ölkə qanunvericiliyinə qarşı çıxan radikallara dəstək verən QHT sədrləri sonradan hüquq-mühafizə orqanları tərəfindən məsuliyyətə cəlb edilmiş cinayətkarlara "siyasi məhbus", "vicdan məhbusu", "media məhbusu" kimi qondarma adlar yapışdırmaqla öz xarici havadarlarına yarınmağa cəhd göstərirlər. Təbii ki, bütün bu cür olaylar, həmçinin, dövlətçilik maraqlarına zidd olan faktor kimi dəyərləndirilməkdədir.

Ancaq bu da son deyil. Belə ki, daxili siyasətdə var-gəl edən siyasiləşmiş QHT rəhbərləri bu tipli yarınmalardan başqa Ermənistan və ermənipərəst təşkilatlar vasitəsilə də bir növ Azərbaycana qarşı çıxışlar edirlər. Yaxın zamanlara qədər "Helsinki Vətəndaş Cəmiyyəti"nin sədri Arzu Abdullayevanın, "Sülh və Demokratiya İnstitutu"nun rəhbəri Leyla Yunusovanın, Arif Yunusovun, Eldar Zeynalovun və bu kimi başqa QHT rəhbərlərinin adlarını belə çıxışlar arasında görmüşük və eşitmişik. Onlar işğal olunmuş ərazilərimizə qədər gedərək, Azərbaycan həqiqətləri üzərindən çarpaz xətlər çəkmiş, erməni dəyirmanına su tökərək, böyük miqdarda qrantlar əldə etmişlər. Sonradan isə əldə etdikləri valyutaları onlara dəstək olan radikal müxalifət partiyalarının sədrləri ilə bölüşdürmüş, bu istiqamətdə göstərdikləri fəaliyyətlərində daha da azğınlaşmışdırlar.

Rövşən RƏSULOV

Digər xəbərlər