PDF Oxu

Xəbərlər

  • 33

Rəcəb Tayyib Ərdoğan Bakıda “Rəcəb Tayyib Ərdoğan”nın müəllifi ilə görüşüb

Rəcəb Tayyib Ərdoğan Bakıda “Rəcəb Tayyib Ərdoğan”nın müəllifi ilə görüşüb

Türkiyənin Baş naziri iyulun 27-də Bakıya səfəri zamanı ölkəsinin səfirliyində "Rəcəb Tayyib Ərdoğan" kitabının müəllifi jurnalist Hacı Nərimanoğlu ilə görüşüb. Baş nazir dost və qardaş Azərbaycanda onun ömür yolundan, siyasi fəaliyyətindən, bütün sahələrdə genişlənməkdə olan Türkiyə-Azərbaycan əlaqələrindən bəhs edən nəfis tərtibatlı kitabın nəşrindən məmnunluğunu söyləyib, müəllifə təşəkkürünü bildirib. H.Nərimanoğlu yurdsuzluq ağrı-acılarının ifadəsi olan "Qubadlısız 16 il" kitabını da Baş nazirə təqdim etmiş, Azərbaycan xalqının Qarabağ münaqişəsinin həllində Türkiyə Cümhuriyyətindən daha böyük dəstək gözlədiyini vurğulayıb.

Baş nazir Rəcəb Tayyib Ərdoğan müəllifin hədiyyə etdiyi kitabları oxuyacağını, şəxsi kitabxanasında əziz xatirə kimi saxlayacağını bildirib. Yurd-yuvasından ayrı düşmüş insanların ağrı-acılarını yaxşı anladığını deyən Baş nazir vurğulayıb ki, Türkiyə bundan sonra da hər zaman Azərbaycanın yanında olacaqdır.

Rəcəb Tayyib Ərdoğan hər ailədə 3 uşaq görmək istəyinin eynilə Azərbaycana da aid olduğunu vurğulayıb, bu öyüdünün ailə həyatı quran gənclərə çatdırılmasını istəyib. O, H.Nərimanoğlunu şəxsi qonağı kimi Türkiyəyə dəvət edib. "Rəcəb Tayyib Ərdoğan" kitabının nüsxələri Türkiyə nümayəndə heyətinin üzvlərinə də təqdim olunub.

Digər xəbərlər