Bakı Şərq və Avropa mədəniyyətinin mərkəzidir. Bu sözləri Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edən Rusiyanın İTAR-TASS agentliyi baş direktorunun birinci müavini Mixail Qusman AzərTAc-a müsahibəsində demişdir. Doğma şəhərinə gəlməyindən şad olduğunu deyən M.Qusman qarşılıqlı anlaşma, mövqelərin yaxınlaşması baxımından Forumun əhəmiyyətini vurğulamışdır. O bildirmişdir ki, Bakı Beynəlxalq Humanitar Forumu çox ciddi bir tədbirdir və Forumda dünyanın bir çox ölkələrindən tanınmış insanlar iştirak edirlər.
M.Qusman demişdir: "Foruma ev sahibliyi edən Azərbaycanda belə tədbirlər artıq ənənə hal almışdır. Belə tədbirlərin daha da intensiv olaraq Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasına xidmət edəcəkdir. Çünki Azərbaycan artıq dünya mədəniyyətinin mərkəzidir".