PDF Oxu

Xəbərlər

  • 7

Beynəlxalq Humanitar Forumun iclasları Bakı Dövlət Universitetində davam etdirilib

Beynəlxalq Humanitar Forumun iclasları Bakı Dövlət Universitetində davam etdirilib

Bakıda "XXI əsr: ümidlər və çağırışlar" devizi ilə işə başlayan Beynəlxalq Humanitar Forumunun "Dünyanı dəyişdirən müasir texnologiyalar" mövzusunda seksiya iclasları dünən Bakı Dövlət Universitetində davam etdirilib. Üç bölümdən ibarət olan "Dünyanı dəyişdirən müasir texnologiyalar" mövzusundakı plenar toplantını giriş nitq ilə BDU-nun rektoru, akademik Abel Məhərrəmov və M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru, akademik Viktor Sadovniçi açıblar. BDU-nun Mətbuat və informasiya şöbəsindən "Azadinform"a verilən məlumata görə, natiqlər XX əsrin son və XXI əsrin ilk onilliyindəki informasiya-kommunikasiya texnologiyalarının cəmiyyətin inkişafına təsir göstərən əsas amillərdən birinə çevrildiyini qeyd ediblər. "Müasir texnologiyalar və qlobal katastroflar" bölümün ilk məruzəçisi olan akademik V.Sadovniçi "Müasir texnologiyalar və onların qlobal ekoloji və sosial katastroflarda rolu" mövzusunda çıxış edib. "Qloballaşma dövründə elm və təhsilin inteqrasiya proseslərində müasir texnologiyaların rolu" adlı 2-ci bölümdə akademik A.Məhərrəmov "İntensiv texnologiyaların sürətli artımı şəraitində elm və təhsilin balanslı inkişafı" mövzusunda məruzə edib.

Azərbaycan, Rumıniya, ABŞ və Rusiya alimlərinin maraqlı məruzələrin dinlənildiyi bölüm sonda universitetlə tanışlıq və NANO Araşdırmalar Mərkəzinin açılış ilə başa çatıb.

"Müasir texnologiyalar və davamlı inkişaf" bölümünü isə Bilkənd Universitetinin prezidenti, professor Əli Doğramacı açıb. Dünyanın müxtəlif ölkələrindən gəlmiş alimlərin məruzələri əsasən ingilis dilində edilib və maraqla qarşılanıb.

Digər xəbərlər