Azərbaycanın hakim partiyası hesab edir ki, ümummilli lider Heydər Əliyevin irsinin qorunması haqqında qanunun hazırlanması üçün xüsusi işçi qrup yaradılmalıdır.
"Ümümmilli lider Heydər Əliyevin irsinin qorunması haqqında qanunun qəbul edilməsinə tərəfdaram və təbii ki, bu qanun üzərində iş getməlidir. Hesab edirəm ki, bununla bağlı bir işçi qrup yaradaraq bu işi həyata keçirmək lazımdır", - bunu Trend-ə Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı bildirib. Onun sözlərinə görə, bəzi xarici ölkələrdə buna bənzər qanunlar var.
Mübariz Qurbanlı qeyd edib ki, ümummilli lider Heydər Əliyevin irsi qorunmalıdır və bu, qanunla təminat altına alınmalıdır.
Azərbaycanda "Ümummilli lider haqqında" qanunun qəbul edilməsi müzakirə olunur. Ümummilli lider dövlətin qurulmasında, onun yaşamasında və dünya miqyasına çıxarılmasında əvəzsiz xidmətləri olan şəxsiyyətə deyilir. Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin quruculuğunda müstəsna xidmətləri olan şəxsiyyətdir.