PDF Oxu

Xəbərlər

  • 22

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf siyasətinin uğurları dövlət büdcəsində də real əksini tapır

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf siyasətinin uğurları dövlət büdcəsində də real əksini tapır

"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən sosial-iqtisadi inkişaf siyasətinin uğurları dövlət büdcəsində də real əksini tapır. 2012-ci ilin dövlət büdcəsinin layihəsi ilə tanış olarkən bu reallıq aydın şəkildə özünü göstərir". Bu fikirləri yap.org.az saytına açıqlamasında YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib.

M.Qurbanlı bildirib ki, sosial-iqtisadi islahatlar ölkəmizin dinamik inkişafını daha da sürətləndirib və bütün sektorlarda yüksək artım əldə olunur. Onun sözlərinə görə, büdcə müzakirələri Azərbaycanın Cənubi Qafqazda lider dövlət olduğunu bir daha təsdiqləyir. Eləcə də, Azərbaycan manatı öz mövqeyini möhkəmləndirməklə regionun ən güclü valyutası olduğunu sübut edir.

YAP İcra katibinin müavini bildirib ki, həyata keçirilən iqtisadi strategiya ölkə iqtisadiyyatının davamlı artımını təmin etməklə yanaşı, Azərbaycan xalqının maddi rifahının yaxşılaşmasının davamlılığını da şərtləndirib. Onun sözlərinə görə, ötən dövr ərzində əldə olunmuş sosial-iqtisadi inkişaf göstəriciləri ölkəmizin dünya iqtisadiyyatında baş verən böhran meyillərindən kənarda qalmasını şərtləndirməklə yanaşı, qarşıdakı illər üzrə uzunmüddətli inkişafının təmin edilməsini özündə ehtiva edir.

"2012-ci ilin dövlət büdcəsində bütün sahələr üzrə artım nəzərdə tutulur. Bu, özünü müdafiə sahəsində də göstərəcək. Təbii ki, bu amil Azərbaycan ordusunun daha da güclənəcəyini özündə ehtiva edir. Ümumiyyətlə, mövcud proqnozlar, təhlillər Azərbaycanla işğalçı Ermənistan arasında müqayisəni daha da dərinləşdirir. Təcavüzkar dövlət bütün parametrlərə görə Azərbaycandan əhəmiyyətli dərəcədə geridə qalır. Təhlilər sübut edir ki, qarşıdakı dövrlərdə ölkəmiz hərtərəfli inkişaf etməklə, güclənməklə və uğurlu xarici siyasət apararaq beynəlxalq aləmdə öz mövqeyini gücləndirməklə işğalçı dövləti qarşısında diz çökdürəcək"- deyə YAP İcra katibinin müavini vurğulayıb.

Digər xəbərlər