PDF Oxu

Xəbərlər

  • 34

Xələf Xələfov: “Yaxın vaxtlarda Xəzəryanı ölkələrin dənizin statusu üzrə razılığa gələcəkləri ehtimalı var”

Xələf Xələfov: “Yaxın vaxtlarda Xəzəryanı ölkələrin dənizin statusu üzrə razılığa gələcəkləri ehtimalı var”

Yaxın vaxtlarda Xəzəryanı ölkələrin dənizin statusuna dair Konvensiyanın mətni üzrə razılığa gələcəkləri ehtimalı var. Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov belə hesab edir.

"Xəzərin statusuna dair Konvensiyanın mətni üzrə bir çox məsələlərdə böyük irəliləyişlər var. Biz bir çox məsələlərdə razılıq əldə edə bilmişik. Danışıqlar prosesi irəliləyiş xarakteri daşıyır, getdikcə daha çox məsələlər razılaşdırılır və yaxın vaxtlarda Xəzəryanı ölkələrin Konvensiyanın mətni üzrə razılığa gələcəyi ehtimalı var", - Xələf Xələfov Astanada Trend-ə bildirib.

Nazir müavini Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın hazırlanması üzrə xüsusi işçi qrupun 30-cu iclasında iştirak edir. "Tərəflərdə Xəzərin statusu üzrə bütün məsələlərin həllinə cəhd və iradə var, yaxın mövqelər mövcuddur və biz ümumilikdə, mətnin razılaşdırılması məsələsində nikbinik", - Xələfov bildirib. Onun sözlərinə görə, Konvensiyanın mətni üzrə bəzi məsələlərin tənzimlənməməsi enerji-nəqliyyat layihələrinin reallaşdırlmasına maneə törətmir, çünki həm yerli, həm də beynəlxalq səviyyədə anlaşma var.

Digər xəbərlər