"Azərbaycan Milli Məclisinə dəstək" tvinninq layihəsi çərçivəsində Azərbaycan qanunvericiliyinin Avropa qanunvericiliyinə yaxınlaşdırılması istiqamətində bir çox işlər görülüb. Trend-in məlumatına görə, bunu layihənin yekun konfransında Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev bildirib.
"Bunlardan "Normativ hüquqi aktlar haqqında" Konstitusiya Qanunu artıq qüvvəyə minib, Tikinti və Şəhərsalma Məcəlləsi dekabrın 23-də parlamentin plenar iclasında müzakirəyə çıxarılacaq, Rəqabət Məcəlləsi üzrə işlər isə davam edir", - Aparat rəhbəri deyib. Səfa Mirzəyev qeyd edib ki, "Azərbaycan Milli Məclisinə dəstək" tvinninq layihəsi 2009-cu ilin sentyabr ayından həyata keçirilir və bu layihə 280 tvinninq layihələrinin içində demokratik inkişafa gətirən ən öncül layihə hesab olunur.