PDF Oxu

Xəbərlər

  • 13

“Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi tamamlanma mərhələsindədir”

“Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi tamamlanma mərhələsindədir”

Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi layihəsinin həyata keçirilməsi tamamlanma mərhələsindədir. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın Baş naziri Artur Rasizadə çərşənbə axşamı Tbilisidə Gürcüstan-Azərbaycan hökumətlərarası komissiyasının iclasından sonra deyib.

"Bütün maliyyə məsələləri həll olunub və dəmiryol ya 2012-ci ilin sonunda, ya da son halda 2013-ci ilin əvvəlində başa çatacaq", - o deyib.

Rasizadə qeyd edib ki, bu layihə Avropa ilə Asiya arasında birbaşa dəmiryol nəqliyyatını təmin edəcək. "Siz Tbilisidə qatara minərək ondan düşmədən Parisə gedə bilərsiniz", - o deyib. Öz növbəsində, Gürcüstanın Baş naziri Nika Qilauri bildirib ki, yolun Gürcüstan hissəsi ən yaxşı halda 2012-ci ilin sonu, yaxud 2013-cü ilin əvvəlində hazır olacaq. "Bu, region üçün çox mühüm layihədir, çünki Avropa ilə birbaşa əlaqəni təmin edir və yeni iş yerləri yaradır", - o bildirib.

Digər xəbərlər