İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Böyük Palatası yanvarın 9-da Azərbaycan vətəndaşları, Laçın rayonundan köçkün olan 6 nəfərin şikayətinin icraata qəbul edilməsi barədə qərar verib. SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov Avropa Məhkəmsəinin qərarına münasibət bildiriərkən deyib. Onun sözlərinə görə, Azərbaycan vətəndaşlarının Ermənistana qarşı etdikləri şikayət hələ 2005-ci ildə Avropa Məhkəməsinə daxil olub. Ç.Əsgərov daha sonra Ermənistan vətəndaşının Avropa məhkəməsinə etdiyi şikayətə toxunaraq dedi ki, bizim təqdim etdiyimiz sübutlar əsasında Avropa Məhkəməsi bu şikayəti rədd edib. Məhkəmə onun şikayətlərini bir növ cəfəngiyat kimi dəyərləndirib.