PDF Oxu

Xəbərlər

  • 7

Azərbaycan-Aİ Əməkdaşlıq Şurasının alt komitəsinin iclası Bakıda keçiriləcək

Azərbaycan-Aİ Əməkdaşlıq Şurasının alt komitəsinin iclası Bakıda keçiriləcək

Fevralın 16-da Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Şurasının alt komitəsinin iclası Bakıda keçiriləcək. Aİ-nin Bakıdakı nümayəndəliyindən SİA-ya verilən məlumatda bildirilir ki, bu, energetika, nəqliyyat və ətraf mühit üzrə alt komitənin iclası olacaq. İclasda Avropa İttifaqı ilə Azərbaycan arasında bu sahələrdə əməkdaşlığın mövcud, daha da dərinləşdirilməsi, möhkəmləndirilməsi istiqamətində, eyni zamanda birgə layihələrin hazırlanması və digər məsələlər ətrafında müzakirələr aparılacaq.

Alt komitənin iclasının işində iştirak etmək üçün Avropa İttifaqından Bakıya nümayəndə heyətinin səfəri gözlənilir.

Digər xəbərlər