PDF Oxu

Xəbərlər

  • 9

Azərbaycanın G-20-nin işinə cəlb edilməsində ölkəmizin BMT Təhlükəsizlik Şurasına seçilməsinin mühüm təsiri olub

Azərbaycanın G-20-nin işinə cəlb edilməsində ölkəmizin BMT Təhlükəsizlik Şurasına seçilməsinin mühüm təsiri olub

"Bakının "Böyük 20-lik" ölkələrinin xarici işlər nazirlərinin sammitinə dəvət olunması bu qurumun işinə Azərbaycanı da cəlb etmək məqsədi daşıyır".

Bu fikirləri politoloq Vəfa Quluzadə deyib. Politoloqun fikrincə, bu addım Qərb üçün böyük önəm daşıyır.

"Azərbaycan təkcə öz enerji resursları ilə deyil, həm də tranzit imkanları ilə Qərb üçün mühüm əhəmiyyət kəsb edir. Belə ki, hazırda bu imkanlardan Əfqanıstan əməliyyatında istifadə olunur. Eyni zamanda, hesab edirəm ki, Azərbaycanın G-20-nin işinə cəlb edilməsində ölkənin BMT Təhlükəsizlik Şurasına seçilməsinin də mühüm təsiri olub" - deyə V.Quluzadə vurğulayıb. Politoloq deyib ki, Azərbaycanın geostrateji və geosiyasi əhəmiyyəti Qərb tərəfindən daha çox başa düşülməyə başlayıb.

Digər xəbərlər