"Artıq "Eurovison- 2012" mahnı müsabiqəsinə gələcək müəyyən insanlar üçün yerlərin bronlaşdırılması başa çatıb". SİA-nın məlumatına görə, bunu mədəniyyət və tuizm naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, nazirlik müsabiqəsi ilə əlaqədar ölkənin turizm sənayesinin iştirakçılarına tapşırıqlar verib: "Bütün mehmanxana rəhbərləri ilə görüşlər keçirilib".
"Bununla Azərbaycan Turizm Assosiasiyası məşğul olur. Biz onlara dəstək veririk. Hazırda hotellərlə danışıqlar davam edir. Hotellərin keyfiyyətinin yüksəldilməsi, POS-terminalların quraşdırılması məsələsi ilə bağlı işlər görülür", - nazir əlavə edib.