PDF Oxu

Xəbərlər

  • 8

“Muxalifət yuyulmamış çömçə kimi ortaya düşüb”

“Muxalifət yuyulmamış çömçə kimi ortaya düşüb”

"Qubada baş verən hadisələrdə "İctimai Palata" adlanan müxalifət qurumunun ortaya düşməsi onların öz cirkin məqsədlərini həyata keçirmək istəyidir". Bunu SİA-ya açıqlamasında millət vəkili Siyavuş Novruzov deyib. Millət vəkili hesab edir ki, Qubada baş verən hadisələrlə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır: ""İctimai Palata"nın və müxalifətin bu məsələdə ortaya düşməsi "yuyulmamış çömçənin ortaya düşməsi"nə bənzəyir. Yəni bu hadisənin müxalifətə heç bir aidiyyəti yoxdur. Konkret desək, Qubada baş verənlərə müxalifətin şərh verməsi məntiqsizlikdir. Əslində onların məqsədi tam başqadır. Onların Qubaya getməsi etirazları sakitləşdirməyə kömək etmək deyil, əksinə ordakı hadisələri qızışdırmaq, aranı bir az da qatmaq istəyidir. Müxalifət fikirləşirdi ki, orda güc strukturları ilə əhali arasında qarışıdurma yaranar və müxalifət də bundan lazımınca öz çirkin məqsədləri üçün istifadə edər. Mən tam əminliklə deyə bilərəm ki, "İctimai Palata" nümayəndələri hadisə yerinə öz məqsədlərinin dalınca gediblər. Ümumiyyətlə, radikal müxalifət liderləri məişət zəminində baş verən hadisələri, o cümlədən, avtomobil qəzasını, iki şəxs arasında yaranan mübahisəni və s. siyasiləşdirib bundan yararlanmağa çalışırlar. Lakin onlar unudurlar ki, bu tipli hadisələr onlara siyasi divident gətirə bilməz. Azərbaycan hüquqi dövlətdir, hər bir vətəndaşın hüquqları qanunla müəyyənləşdirilir və bütün vətəndaşlar tutduğu vəzifəsindən asılı olmayaraq qanun qarşısında cavabdehdirlər".

Digər xəbərlər