PDF Oxu

Xəbərlər

  • 9

Vladimir Putinin Rusiyanın prezidenti seçilməsi əlaqələrimizi daha da genişləndirəcək

Vladimir Putinin Rusiyanın prezidenti seçilməsi əlaqələrimizi daha da genişləndirəcək

"Azərbaycanla Rusiyanın münasibətləri strateji tərəfdaşlıq səviyyəsindədir. Vladimir Putinin Rusiyanın prezidenti seçilməsi dövlətlərimiz arasında iqtisadi, siyasi, humanitar və digər sahələrdə əlaqələri daha da genişləndirəcək". Bu fikirləri yap.org.az saytına YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib.

M.Qurbanlı hesab edir ki, V.Putinin həyata keçirdiyi siyasət varislik prinsipinə söykənəcək. Millət vəkilinin sözlərinə görə, yeni dövlət başçısı yenə eyni siyasi mövqeni Rusiyanın xarici siyasətində davam etdirəcək.

"Fikrimcə, V.Putin Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində praqmatik siyasət həyata keçirəcək. Onun təşəbbüsü ilə Rusiya münaqişənin nizamlanması ətrafındakı danışıqlar prosesində də səylərini fəal şəkildə artıracaq. Hesab edirəm ki, Rusiyanın yeni prezidentinin təşəbbüsü ilə münaqişənin həlli ilə əlaqədar ciddi qərarlar qəbul oluna bilər. Bizim problemlə bağlı gözləntilərimiz yalnız ədalətin bərqərar olması ilə əlaqədardır və burada Rusiyanın mövqeyi xüsusi əhəmiyyət kəsb edir"- deyə YAP İcra katibinin müavini vurğulayıb.

Digər xəbərlər