PDF Oxu

Xəbərlər

  • 13

“İran-Ermənistan əməkdaşlığı Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına maneçilik törədir”

“İran-Ermənistan əməkdaşlığı Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına maneçilik törədir”

"İranın Ermənistanla əməkdaşlığı Dağlıq Qarabağ münaqişəsinin nizamlanmsına maneçilik törədən amillərdən biridir". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin vitse-spikeri Bahar Muradova İran İslam Respublikasının Ermənistandakı səfiri Seyid Əli Saqiyanın "Dağlıq Qarabağdakı "status-kvo" İranın maraqlarına uyğundur" bəyanatına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, rəsmi Tehran İrəvanı hər zaman dəstəkləyib: "Görünür, səfir yeni heç nə deməyib. Bunu dəfələrlə siyasətçilər də bəyan ediblər ki, İran dövlətinin köməyi olmasaydı, Ermənistan bü günə qədər təcavüzkar siyasətini yeridə bilməzdi və müəyyən çətinliklərlə üzləşərdi. Onun üçün nəfəslik açan, düşdüyü çətinlikdən çıxmağa şərait yaradan əlbəttə ki, İran dövləti olub".

Digər xəbərlər