PDF Oxu

Xəbərlər

  • 14

“Osmanlı Arşiv Belgelerinde Nahçivan” adlı kitab işıq üzü görüb

“Osmanlı Arşiv Belgelerinde Nahçivan” adlı kitab işıq üzü görüb

Türkiyə Dövlət Arxivindəki sənədlər əsasında "Osmanlı Arşiv Belgelerinde Nahçivan" adlı kitab ərsəyə gəlib."Osmanlı Arşiv Belgelerinde Nahçivan" (Osmanlı Arxiv Sənədlərində Naxçıvan) adlı bu əsər 1554-1923-cü illərə aid 85 mövzuda 157 sənədi özündə ehtiva edir. Sənədlərin ilk bölümünü Osmanlı Arxivi dəftər fondlarından Mühimmə (Bütün dövlət işlərinə aid əsas hökm və fərmanların xülasələri tarixi ardıcıllığa görə bu dəftərlərdə qeyd olunurdu), Vakif (kiminsə öz istəyi ilə başqasına bağışladığı pul və mülklər), Tapu-Təhrir (Osmanlı dövlətində fəth edilən yerlərdə həyata keçiriləcək idarəçilik ve sistem çərçivəsində, təyin olunan şəxslər tərəfindən əhalinin, ərazinin və əmlakın təsbit və qeydə alınmasına təhrir, bu bilgilərin qeyd edildiyi dəftərə də tapu-təhrir dəftəri deyilirdi) dəftərlərindəki qeydlər təşkil edir. Divan-i Humayun və Maliyyə Kalemlerində saxlanaraq, bu günümüzədək gəlib çatan və İrəvan-Naxçıvan bölgəsinə aid olan bu dəftərlərin sayı 200-ə yaxındır. Bunlardan 10 ədədi ərazi sayı ilə əlaqədar Təhrir Dəftəridir. 905 səhifəlik Təhrir Dəftərinin Naxçıvan təhririnə aid qismi bu kitabda toplanmışdır. Kitabda yer alan sənədlərdə Qanuni Sultan Süleyman, III Sultan Əhməd, Sultan II Əbdülhəmid dövründə Naxçıvan bölgəsində həyata keçirilən idarəçilik, əmrlər, sərəncamlar, bu dövrlər arasında Naxçıvan bölgəsinə və Naxçıvandan başqa yerlərə edilən köçlər, xüsusilə də, ermənilərin Osmanlı torpaqlarından Naxçıvana etdikləri köçlər və bu ərazilərdə həyata keçirdikləri qətliamlar, pozuculuq hərəkətləri, silahlı qruplaşmalar və çetelər halında fəaliyyətləri sənədlərdə ardıcıl olaraq qeyd edilib.

Kitabın tərtibçisi və ön sözün müəllifi Türkiyə Cümhuriyyəti Dövlət Arxivləri baş direktoru professor Yusuf Sarınaydır.

ZÜMRÜD

Digər xəbərlər