PDF Oxu

Xəbərlər

  • 8

Mətbuat Şurasının “apellyasiya qrupu”nun növbəti iclası keçirilib

Mətbuat Şurasının “apellyasiya qrupu”nun növbəti iclası keçirilib

Martın 16-da Azərbaycan Mətbuat Şurasının (MŞ) "apellyasiya qrupu"nun növbəti iclası keçirilib. Şuradan AzərTAc-a bildirmişlər ki, qrupun sədri, MŞ İdarə Heyətinin üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə gündəlikdə duran məsələlər barədə iştirakçılara ətraflı məlumat vermişdir. Vüqar Rəhimzadə bildirmişdir ki, ötən iclasdan keçən müddət ərzində "apellyasiya qrupu"na ümumilikdə 30-dan artıq təqdimat daxil olmuş, onların 20-si hazırda müzakirəyə çıxarılır. Qeyd edək ki, MŞ-nin "apellyasiya qrupu" "qara siyahı"da yer alan KİV-lərin həmin siyahıdan çıxarılması ilə bağlı müraciətlərin araşdırılması məqsədilə yaradılmışdır. V.Rəhimzadə ötən müddətdə bununla bağlı faktların, eyni zamanda şuranın "Reket jurnalistika" ilə mübarizə komissiyasında da müzakirəyə çıxarıldığını diqqətə çatdırmışdır. Komissiya üzvü, MŞ sədrinin müavini Müşfiq Ələsgərli müraciətlərin araşdırılması prosesində "Reket jurnalistika" ilə mübarizə komissiyanın rəyinin nəzərə alınması həmin qəzetlərin konkret hansı səbəbdən siyahıya düşmələrinin motivlərinə geniş aydınlıq gətirmək nöqteyi-nəzərdən əhəmiyyətli olduğunu vurğulamışdır. Komissiyanın digər üzvü, "Paralel" qəzetinin baş redaktoru Tapdıq Abbas isə bildirmişdir ki, ""Reket nəşr"lərin müəyyənləşdirilməsinə dair təlimatın şərtləri ciddi şəkildə gözlənilməlidir. Müzakirələrdən sonra komissiya üzvləri tərəfindən 3 nəşrin adının "qara siyahı"dan çıxarılması barədə MŞ İdarə Heyətinə müvafiq təqdimatın göndərilməsi, digər nəşrlərlə bağlı isə monitorinqlərin davam etdirilməsi qərara alınmışdır.

Digər xəbərlər