PDF Oxu

Xəbərlər

  • 12

Anar Məmmədov haqqında böhtan yazan qəzet təkzib verib

Anar Məmmədov haqqında böhtan yazan qəzet təkzib verib

Anar Məmmədov haqqında böhtan yazan "Gündəm xəbər" qəzeti təkzib verib. Belə ki, qəzet 18 fevral 2012-ci il tarixli, N 38 (405) nömrəli sayında Anar Məmmədovun işgüzar nüfuzunu aşağa salmağa yönəldilmiş həqiqətəuyğun olmayan məlumat dərc etmişdir. Lakin tezliklə informasiyasının dəqiqləşdirilmədən verildiyini və təsdiqlənmədiyini sübuta yetirilmişdir. Beləliklə qəzet öz növbəsində göstərilən məlumatların həqiqətəuyğun olmadığına bildirib və bu cür məlumatları dərc etdiyinə görə rəsmi şəkildə üzr istəyib. Təkzibdə deyilir: "Gğndəm xəbər" qəzetinin 18 fevral 2012-ci il tarixli, N 38 (405) nümrəli sayında dərc olunmuş məqalədəki bütün məlumatların dəqiqləşdirilmədən verildiyini və təsdiqlənmədiyini, beləliklə məlumatların həqiqətəuyğun olmadığını bildirir və bu cür məlumatları dərc etdiyinə görə üzr istəyir" Qeyd edək ki, "Gğndəm xəbər" qəzetinin 18 fevral 2012-ci il tarixli, N 38 (405) nömrəli sayında Anar Məmmədov haqqında həqiqətəuyğun olmayan informasiya dərc olunmuşdu. Anar Məmmədov tərəfi isə öz növbəsində informasiyanın həqiqətə uyğun olmadığını sübuta yetirmiş və "Kütləvi İnformasiya Vasitələri haqqında" Azərbaycan Respublikası Qanununun 44 və 45-ci maddələrini rəhbər tutaraq qəzetin növbəti sayında təkzib cap olunmasını tələb etmişdir.

Digər xəbərlər