PDF Oxu

Xəbərlər

  • 12

İnsan hüquqlarının təmin edilməsi ölkəmizdə gedən demokratik proseslərin tərkib hissəsidir

İnsan hüquqlarının təmin edilməsi ölkəmizdə gedən demokratik proseslərin tərkib hissəsidir

İnsan hüquqları insanların çox sayda təkrar olunan fəaliyyətləri, əlaqələri və davamlı münasibətləri formalarından formalaşıb. Hər bir insan müəyyən həyat şəraitinə və rifah səviyyəsinə can atır və bunları əldə etmək üçün cəmiyyət və dövlət ona dəstək verməlidir. Bu rifah və şəraitlərin həcmi tarixən həmişə fərdin cəmiyyətdə, maddi istehsal sistemində vəziyyəti ilə müəyyən olunmuş və təhqiqatçılar tərəfindən şərti olaraq insan hüquqları adlandırılır. Bu şərtilik cəmiyyətin müxtəlif inkişaf dövründə kəskin qütbləşməsi, sivilizasiyaların özünəməxsusluğu ilə müəyyən olunurdu ki, bunlar da insan hüquqlarına azadlıq və formal bərabərlik prinsipləri əsasında universal xarakter almağa imkan vermişdir.

İnsan hüquqlarının təmin edilməsi ölkəmizdə gedən böyük demokratik proseslərin tərkib hissəsi kimi dövlətin daima diqqət mərkəzində olan məsələlərdən biridir. Qeyd etdiyimiz kimi, insan hüquqları insana aid olan hüquqlardır və bu hüquqların qorunması, hörmət olunması dövlətin ən başlıca vəzifələrindəndir.

İnsan və vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi Azərbaycan Respublikasının Konstitusiyasının 12-ci maddəsində öz əksini tapmışdır. Azərbaycan Respublikasında hüquq və azadlıqların müdafiəsi sahəsində vəziyyətin aktuallığı get - gedə artır və heç kəsə sirr deyil ki, həm daxili, həm də beynəlxalq aləmdə ictimai rəyin diqqət mərkəzində qalmaqda davam edir.

Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi prioritetlər əsasında ölkəmizdə həyata keçirilən demokratik, hüquqi və sosial-iqtisadi islahatlar nəticəsində insan hüquqlarının qorunması cəmiyyət qarşısında duran əsas vəzifələrdən birinə çevrilmiş, insan hüquqlarının etibarlı təmin olunması məqsədilə mühüm tədbirlər görmüşdür.

Bu sahədə görülən işləri davam etdirmək və gücləndirmək məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2006-cı il dekabrın 28-də İnsan Hüquqları Müdafiəsi üzrə Milli Fəaliyyət Planını təsdiq etmişdir. Fəaliyyət planında qarşıda gələn illər üçün Azərbaycan Respublikasının normativ hüquqi aktlarının insan hüquqlarına dair beynəlxalq standartlara tam uyğunluğunun tam təmin edilməsi, beynəlxalq təşkilatlarla yeni əməkdaşlıq strategiyasının hazırlanması və həyata keçirilməsi, dövlət orqanlarının fəaliyyətinin insan hüquqlarının təminatı baxımından təkmilləşdirilməsi, elmi-analitik işlərin stimullaşdırılması, hüquqi maarifləndirilməsi işlərinin genişləndirilməsi, dövlətlə vətəndaş cəmiyyəti arasında qarşılıqlı əlaqənin inkişaf etdirilməsi üzrə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

Qeyd etmək lazımdır ki, sülh və əmin-amanlıq olmadan insan hüquqlarına tam riayət olunması mümkün deyil. Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi işğal olunmuş, bir milyondan artıq soydaşımız öz hüquqlarından məhrum edilmişdir.

Ölkəmizin inkişaf etməsinə, dövlətin ali məqsədi olan insanların hüquq və azadlıqlarının təmin edilməsinə baxmayaraq, müəyyən əhali qrupunun öz hüquq və azadlıqlarını qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirmək üçün bəzi problemləri olsa da, dövlət bu problemləri də aradan qaldırmaq üçün tədbirlər görür.

Son illər ölkəmizdə insanların azad və təhlükəsiz yaşaması, müstəqilliyimizin möhkəmləndirilməsi istiqamətində çox ciddi tədbirlər həyata keçirilmişdir. Azərbaycan dövləti ərazi bütövlüyünün, qaçqınların və məcburi köçkünlərin pozulmuş hüquqlarının tam bərpası üçün sülhsevər siyasət apararaq atəşkəsə nail olmuş, ATƏT-in Minsk Qrupu çərçivəsində və digər beynəlxalq təşkilatlar xətti ilə ardıcıl və məqsədyönlü iş görür. Bu gün məqsəd ondan ibarətdir ki, hər bir şəxs insan hüquqlarının həyata keçirilməsində və qorunmasında öz məsuliyyətini dərk etsin.


MURAD MƏMMƏDOV,

Qafqaz Universitetinin tələbəsi

Digər xəbərlər