PDF Oxu

Xəbərlər

  • 12

“Azərbaycan 2020-ci il Yay Olimpiya Oyunlarını yüksək səviyyədə keçirmək əzmindədir”

“Azərbaycan 2020-ci il Yay Olimpiya Oyunlarını yüksək səviyyədə keçirmək əzmindədir”

"Azərbaycan 2020-ci il Yay Olimpiya Oyunlarını yüksək səviyyədə keçirmək əzmindədir". Bu fikri Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru, Milli Məclisin deputatı Ağacan Abiyev deyib. A.Abiyev bildirib ki, son illər ölkəmizdə müxtəlif idman növləri üzrə nüfuzlu beynəlxalq yarışlar keçirilir. Onun fikrincə, bu fakt deməyə əsas verir ki, biz olimpiya oyunlarına ev sahibliyi etmək iqtidarındayıq. "Bildiyiniz kimi Azərbaycan 2020-ci il Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün namizədliyini irəli sürüb. Bunun arxasında bizim təcrübəmiz, dövlətimizin yüksək inkişafı və idmana göstərdiyi diqqət dayanır. Bu bizə Azərbaycanın 2020-ci ildə Olimpiya olyunlarını keçirmək əzmində olduğuna inanmağa ciddi əsaslar verir"- deyə A.Abiyev vurğulayıb.

Digər xəbərlər