2015-ci ildə Azərbaycanda investisiyanın həcmi əhəmiyyətli dərəcədə artacaq. Bu barədə İqtisadi İnkişaf Nazirliyinin şöbə müdiri Sahib Babayev bildirib. S.Babayev qeyd edib ki, 2013-cü ildə investisiya 9,7% artacaq, 2015-ci ildə isə 62,7 mlrd. dollara çatacaq. "2015-ci ildə xarici investisiyanın həcmi 22,8 mlrd. dollar təşkil edəcək. Həmçinin adambaşına düşən ÜDM istehsalı 2012-ci ildə 6 min dollara çatacaq. İqtisadi artım 5,7% təşkil edəcək"- deyə o vurğulayıb. Şöbə müdiri, həmçinin, müstəqillik dövründə ölkə iqtisadiyyatına 100 mlrd. dollar investiya yatırıldığını, sənaye istehsalının 2 dəfədən çox artdığını, ötən on ildə 1 mln. yeni iş yerinin açıldığını bildrib.