PDF Oxu

Xəbərlər

  • 8

Jalə Əliyeva: Geniş məkanda yaşayan türk xalqları üçün ortaq türk dili çox zəruridir

Jalə Əliyeva: Geniş məkanda yaşayan türk xalqları üçün ortaq türk dili çox zəruridir

"Aralıq dənizi və Balkanlardan Atlantik və Sakit okeanlarına qədər geniş məkanda yaşayan türk xalqları üçün ortaq türk dili regional dil kimi istifadə oluna bilər. Bütün türkdilli xalqların da ən azından beynəlxalq toplantılarda işlədəcəyi və beləliklə, bir müddət sonra dünyanın çalışma dillərindən birinə çevriləcək regional bir dilə ehtiyac var". Bu fikirləri Milli Məclisin deputatı Jalə Əliyeva deyib. J.Əliyeva bildirib ki, bu dilin mövcudluğunun türk xalqlarına böyük üstünlüklər gətirəcəyi şübhəsizdir. Onun sözlərinə görə, türk soylu xalqlar arasında ortaq əlifba, ortaq yazı dili, ünsiyyət dili yaradılması mövzusu əslində daim gündəmə gətirilir.

"Bu gün bu fikir mümkün olmayan kimi görünə bilər, lakin bu məsələni qaldırmaqla buna nail olmaq üçün ilk addımımızı atmış oluruq. Azərbaycan müstəqillik qazanandan sonra bölgədə, dünyada ən yaxın tərəfdaş olaraq Türkiyəni seçməsi təsadüf deyil. Ulu Öndərimizin "Bir millət, iki dövlət" deyimini xatırlamaq yerinə düşər. Söylənən bu möhtəşəm fikrin arxasında, qurulan bu çox möhkəm əlaqələrin təməlində dil, din, ənənə ortaqlığı, tarixi, mədəni, ədəbi birlik durur. Ona görə düşünürük ki, ortaq bir dil üçün komissiyanın yaradılması, çalışmaların başlaması əhəmiyyətlidir. Əslində, bu söylədiklərimiz toplantılarda Azərbaycan və Türkiyə xaric, düşüncələrini rus dilində təqdim edən digər türk dilli xalqlara daha çox aid olan bir problemdir" - deyə J.Əliyeva qeyd edib..

Digər xəbərlər