PDF Oxu

Xəbərlər

  • 6

“Eurovision” ərəfəsində aparılan anti-Azərbaycan təbliğatının kökündə erməni lobbisi dayanır”

“Eurovision” ərəfəsində aparılan anti-Azərbaycan təbliğatının kökündə erməni lobbisi dayanır”

"Eurovision" mahnı müsabiqəsi fonunda aparılan anti-Azərbaycan təbliğatının kökündə erməni lobbisi dayanır". SİA-nın xəbərinə görə, bunu Milli Məclisin (MM) iclasında parlamentin spikeri Oqtay Əsədov deyib. O bildirib ki, İranda başlanan əks-təbliğatın ssenarisi barədə əvvəlcədən Ermənistan saytlarında məlumat verilir: "Bununla bağlı dəqiq sübutlar var. 2-3 il əvvəl İranın rəsmi şəxslərindən biri Milli Məclisdə qonaq idi. Müzakirələrdən sonra səmimi söhbət zamanı ona bildirdim ki, sizin Konstitusiyada belə bir maddə var: "Zəif ölkələrə maddi yardım etmək. Soruşdum ki, bu maddə Ermənistan üçün nəzərdə tutulub? O cavab verdi ki, yox, "Qurani-Kərim"də zəiflərə yardım etmək nəzərdə tutulub və onlar bunu qanunvericiliyə salıblar. Ondan soruşdum ki, bəs, siz niyə eyni dini daşıyan ölkələrə bu yardımı etmirsiniz?"

O. Əsədov qeyd edib ki, İran böyük və qonşu dövlətdir: "Amma biz İranda bizə qarşı aparılan siyasət səviyyəsinə düşməməliyik".

Digər xəbərlər