PDF Oxu

Xəbərlər

  • 52

Azərbaycan ilə İslam Əməkdaşlıq Təşkilatı arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunmuşdur

Azərbaycan ilə İslam Əməkdaşlıq Təşkilatı arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunmuşdur

İyunun 4-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Ekmələddin İhsanoğlu ilə görüşmüşdür.

AzərTAc xəbər verir ki, görüşdə Azərbaycan ilə İƏT arasında əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunmuşdur.

Görüşdə, həmçinin həyata keçiriləcək birgə layihələr barədə fikir mübadiləsi aparılmışdır.

AzərTAc

Digər xəbərlər