PDF Oxu

Xəbərlər

  • 59

Səməd Seyidov: Riçard Morninstarın səfir qismində fəaliyyəti Azərbaycan-Amerika münasibətlərinin inkişafına xidmət edəcək

Səməd Seyidov: Riçard Morninstarın səfir qismində fəaliyyəti Azərbaycan-Amerika münasibətlərinin inkişafına xidmət edəcək

"Riçard Morninqstar təcrübəli diplomatdır. O, regionu yaxşı tanıyan, Azərbaycan həqiqətlərini və bu ölkənin problemlərini yaxşı bilən bir mütəxəssisdir. Buna görə də, hesab edirəm ki, R.Morninstarın səfir qismində fəaliyyəti Azərbaycan-Amerika münasibətlərinin normal inkişafına xidmət edəcək". Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.

S.Seyidov bildirib ki, R.Morninqstarın uzun müddət bu regionla məşğul olduğunu nəzərə alsaq, onun səfir vəzifəsində fəaliyyət göstərməsi Azərbaycan-Amerika münasibətlərinə öz əlavə dəstəyini göstərmiş olacaq. Onun fikrincə, belə bir şəxsin səfir vəzifəsinə təyin edilməsi iki ölkə arasındakı ikitərəfli münasibətlərin daha yüksək səviyyəyə yüksəlməsinə öz müsbət təsirini göstərəcək.

"Azərbaycan-Amerika münasibətləri həmişə yüksək səviyyədə olub və strateji tərəfdaşlıq mahiyyəti daşıyıb. Ona görə, ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinin əhəmiyyətindən danışarkən bu vəzifəyə təyin olunan şəxsin təkcə peşəkar keyfiyyətlərinə deyil, həmçinin təcrübəsinə diqqət yetirmək lazımdır. Çünki söhbət Azərbaycanın əhəmiyyətinə görə artıq öz sərhədlərini aşan ölkə olmasından gedir"- deyə komitə sədri vurğulayıb.

yap.org.az


Digər xəbərlər