PDF Oxu

Xəbərlər

  • 57

Gürcüstan prezidenti ARDNŞ-nin yeni qaz kəmərinin açılışında iştirak edib

Gürcüstan prezidenti ARDNŞ-nin yeni qaz kəmərinin açılışında iştirak edib

Gürcüstan prezidenti Mixail Saakaşvili ölkənin şərqində Xaşuri rayonunun Osiauri kəndində qaz kəmərinin açılışında iştirak edib. Trend-in məlumatına görə, kəndin qazlaşdırılması prezidentin "Bütün kəndlərə qaz" proqramı çərçivəsində ARDNŞ tərəfindən həyata keçirilib.

Gürcüstan prezidentinin sözlərinə görə, ARDNŞ ilə razılaşdırmaqla tətbiq edilən daha bir yenilik var. Belə ki, indi qazın evlərə çəkilməsi hissə-hissə mümkündür. "Biz Energetika Nazirliyi və azərbaycanlı tərəfdaşlarımızla birlikdə kənd sakinlərinin ayda 30 lari (1 dollar=1,63 lari) ödəyəcəkləri və onlara qaz veriləcəyi ilə bağlı razılığa gələ bildik. ARDNŞ-nin özü bankdan kredit götürəcək və borcları ödəyəcək", - şirkətə anlayış göstərdiyinə görə təşəkkür edən Saakaşvili qeyd edib. Gürcüstan prezidenti kənd sakinləri üçün qazpaylayıcı şəbəkəni şəxsən özü qoşub.

Digər xəbərlər