PDF Oxu

Xəbərlər

  • 57

Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının 20 illik yubileyi qeyd ediləcək

Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının 20 illik yubileyi qeyd ediləcək

Milli Məclisin deputatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisində (QİƏT PM)Azərbaycan nümayəndə heyətinin rəhbəri və Parlament Məclisi sədrinin müavini Asəf Hacıyev qurumun tədbirlərində iştirak etmək üçün iyunun 25-də Türkiyənin İstanbul şəhərinə gedəcəkdir.

Milli Məclisin mətbuat xidmətindən bildirmişlər ki, səfər müddətində QİƏT-in 20 illik yubileyinə həsr olunmuş üzv ölkələrin dövlət və hökumət başçılarının toplantısı keçiriləcəkdir. Yubiley tədbirləri çərçivəsində təşkilatın Xarici İşlər Nazirləri Şurasının, Parlament Məclisinin xüsusi iclasları, habelə qeyri-hökumət təşkilatları, ticarət və investisiyalara dair forumlar olacaqdır.

A.Hacıyev QİƏT Parlament Məclisinin prosedur qaydaları üzrə işçi qrupunun iclasında da iştirak edəcəkdir.

İstanbulda keçiriləcək tədbirlərdən sonra Asəf Hacıyev QİƏT Parlament Məclisində Rusiya nümayəndə heyətinin rəhbəri Mixail Yemelyanovun dəvəti ilə Moskvaya yola düşəcəkdir. A.Hacıyev qurumda təmsil olunan nümayəndə heyətləri başçılarının burada keçiriləcək görüşünə qatılacaq, təşkilatın prosedur qaydaları ilə bağlı məsələyə münasibətini bildirəcəkdir.Səfər iyulun 1-də başa çatacaqdır.

yap.org.az


Digər xəbərlər